Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
795
19.12.2024, 22:49
İki ölkə arasında mövcud olan dostluq əlaqələrinin təcəssümü kimi Azərbaycan Hökuməti Kolumbiyaya yüz min ABŞ dolları məbləğində humanitar maliyyə yardımı ayırmağa qərar verib. Bu yardım Kolumbiyanın Duitama şəhər bələdiyyəsinin ərazisində yerləşən nadir ekosistemlərdən hesab olunan paramo qoruqlarının üzləşdiyi ekoloji problemlərin həlli üçün nəzərdə tutulub.
OXU24.COM xəbər verir ki, Azərbaycan tərəfindən bu humanitar yardımın rəsmi təqdimatı üçün və Duitama şəhərinin meri Xose Luis Borkezin dəvəti əsasında iqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin şəhərə səfər edib. Şəhər meri və səfirin başçılığı ilə, Kolumbiyanın Milli Təbiət Parkları və yerli aidiyyəti qurumlarının nümayəndələri, fəallar və KİV təmsilçilərindən ibarət heyət 4000 metrə qədər yüksəkliklərdə yerləşən paramoları ziyarət edib, onların zəngin fauna və flora aləmi ilə yerində tanış olub. Səfər zamanı azərbaycanlı qonaqlar paramoların əhəmiyyəti, eləcə də bu özünəməxsus ekosistemlərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırılıb, ekosistemlərin bərpası üçün yaradılmış laboratoriyaların işi ilə tanış olublar.
Məlumat üçün bildiririk ki, paramolar And dağlarının yüksək yamaclarında yerləşməklə susaxlayıcı, iqlimtənzimləyici, sanitar-estetik və s. əhəmiyyətə malik olan ekoloji sistemlərdir. Planetimizin mühafizəsi baxımından Amazon hövzəsi qədər əhəmiyyətli olan bu ekosistemlər Kolumbiyanın şirin su ehtiyatlarının 70 faizini təşkil edir.
Daha sonra Duitama şəhərinin “Azadlıq Meydanı”nda media təmsilçilərinin iştirakı ilə brifinq keçirilib. Mer X.L.Borkez Azərbaycan hökuməti tərəfindən göstərilən yüksək diqqətə və maliyyə yardımına görə şəhər adından minnətdarlığını çatdırıb, ayrılan vəsaitin paramoların bərpası və mühafizəsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Səfir M.Talıbov öz növbəsində Azərbaycan və Kolumbiyanın iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən tərəflər olaraq, təkcə milli səviyyədə deyil, eləcə də beynəlxalq müstəvidə bu çağırışlara ciddi əhəmiyyət verdiyini vurğulayıb. Ölkəmizin COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsinə toxunan diplomat sözügedən tədbirin iqlim danışıqları tarixində ən uğurlu COP-lardan biri hesab olunduğunu vurğulayıb və onun yekun nəticələrindən bəhs edib. Eyni zamanda, diplomat Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Trio” təşəbbüsünün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə ayrılan maliyyə yardımı, eləcə də ölkəmizin səfirinin Duitama şəhərinə səfəri Kolumbiyanın aparıcı mediasında geniş işıqlandırılıb, Kolumbiya hökumətini və parlamentini təmsil edən şəxslər bu yöndə paylaşımlar ediblər. Sosial şəbəkələrdəki aidiyyəti xəbərlər yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Həmçinin oxuyun
Yerli mediada məsələ ilə əlaqədar dərc edilmiş bəzi məqalələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
//caracol.com.co/2024/12/16/azerbaiyan-aporta-usd-100000-para-proteger-los-paramos-de-duitama/
15:08 / 13 Dekabr 2025
520
14:50 / 13 Dekabr 2025
36
14:38 / 13 Dekabr 2025
52
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
48
14:12 / 13 Dekabr 2025
159
13:14 / 13 Dekabr 2025
536
13:07 / 13 Dekabr 2025
302
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
957
12:08 / 13 Dekabr 2025
110
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
90
11:09 / 13 Dekabr 2025
908
11:07 / 13 Dekabr 2025
401
10:25 / 13 Dekabr 2025
1109
09:15 / 13 Dekabr 2025
874
09:06 / 13 Dekabr 2025
713
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1116
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
691
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.