Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada ticarət mərkəzində partlayış- Ölən və yaralılar var

DÜNYA

67

25.12.2024, 10:39

Rusiyanın Vladiqafqaz vilayətində yerləşən “Alania Mall” ticarət mərkəzində partlayış olub. 

Oxu24.com  xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb. Yanğın nəticəsində bir nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Şimali Osetiya qubernatoru Sergey Menyailo bildirib ki, ticarət mərkəzində operativ qərargah yaradılıb: "İlkin məlumatlara görə, ticarət mərkəzində baş verən yanğına səbəb məişət qazının partlaması olub".