Qaynar xətt:

(+99450) 247 90 86

Zaxarovadan qəza AÇIQLAMASI

DÜNYA

393

25.12.2024, 12:01

Rusiyanın Qazaxıstandakı səfirliyi Aktauda baş verən təyyarə qəzası ilə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.

Oxu24.com xəbər verir  ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Xatırladaq ki, qəza  dekabrın 25-də baş verib. Hazırda 25 sərnişinin xəstəxanaya yerləşdirildiyi məlum olub.

Azərbaycan Hava Yollarına məxsus Embraer 190 sərnişin təyyarəsinin qəzaya uğramasının mümkün səbəbləri quş sürüsü ilə toqquşması, həmçinin texniki nasazlıqdır.

İlkin məlumatlara görə, fəlakətdən əvvəl ekipaj dispetçerlərə əsas sistemlərdən birinin nasazlığı barədə məlumat verib. Daha sonra qəza siqnalı göndərilib və təyyarə radarlardan itib.

 

Miri