Rusiya üçün ŞOK! Ukrayna onu əsir götürdü
14 Dekabr 2025, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
509
09.01.2025, 16:34
Özbəkistanın mərhum birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənd vilayətinin Zəngiata rayonundakı 21 saylı qadın kolonundan 42 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Oxu24.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Gülnarə 5-6 çamadanla koloniyadan çıxdı. O, dekabrın 19-da Daşkənd vilayətinin Zəngiata rayon məhkəməsinin qərarı ilə Özbəkistan Cinayət Məcəlləsinin 74-cü (“Cəzanın daha yüngül cəza ilə əvəz edilməsi”) maddəsi əsasında kolondan azad edilib.
Məlumata görə, bu qərar mərhum prezident Kərimovun qızının qaldırdığı vəsatət əsasında verilib. O, qeyd edib ki, Kərimova məhkəmənin təyin etdiyi cəzanın üçdə birini çəkib.
Xatırladaq ki, Gülnarə Kərimova atasının prezidentliyi dövründə Avropada nüfuzlu diplomatik vəzifələrdə çalışıb, böyük sərvət əldə edib.
Həmçinin oxuyun
2013-cü ildə Özbəkistanda Gülnarə Kərimovaya qarşı oğurluq və vergidən yayınma ilə bağlı iki cinayət işi açılıb. O, 2015-ci ildə beş il, ikinci halda isə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan bu cəza beş il müddətinə azadlığın məhdudlaşdırılması ilə əvəz olunub.
2020-ci ilin martında isə Daşkənd Şəhər Məhkəməsi onu sui-qəsd, hədə-qorxu ilə pul tələb etmə, mənimsəmə və soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham edərək 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. O, 2019-cu ilin yazından Daşkənd vilayətinin Zəngiata rayonundakı 21 saylı qadın kolonunda cəza çəkir.
Kərimova ABŞ və bir sıra Avropa ölkələrində korrupsiya və çirkli pulların yuyulması ilə bağlı oxşar cinayət işlərində iştirak etdikdən sonra Özbəkistanda ona qarşı işlər açılıb. Müstəntiqlərin fikrincə, Kərimova ölkədə mobil rabitə üçün lisenziyaların verilməsi müqabilində telekommunikasiya və digər şirkətlərdən bir milyard dollara yaxın rüşvət alıb.
Sonra o, şərikləri ilə bu pulları ofşor şirkətlər vasitəsilə xaricə aparıb və ondan çox villa və başqa daşınmaz əmlak alıb. Özbəkistan hakimiyyətinin məlumatına görə, Gülnarə Kərimova və onun cinayətkar qrupunun xarici aktivlərinin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.