Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarə qəzasında yaralanan ruslarla bağlı AÇIQLAMA

2025/01/15/1736935507_1735913109.1735393385azal-in_teyyare_qezasi_1.jpg

DÜNYA

839

15.01.2025, 15:16

Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan 6 rusiyalının səhhəti yaxşılaşdığı üçün xəstəxanalardan buraxılıb. 

Oxu24.com xəbər verir ki, bunu Rusiya Federasiyası səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov TASS-a açıqlayıb. 

Onun sözlərinə görə, üç nəfər Moskvada xəstəxanalarda və federal mərkəzlərdə müalicə olunur: "Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan üç rusiyalı federal mərkəzlərdə və Moskva xəstəxanalarında müalicə alırlar, onların vəziyyətini müsbət proqnozla orta ağır kimi qiymətləndirirlər".