Qaynar xətt:

(+99450) 247 90 86

Yunanıstan ikinci turda da prezident seçə bilmədi

DÜNYA

405

31.01.2025, 16:45

Yunanıstan parlamenti səsvermənin ikinci turunda yeni prezidenti seçə bilməyib.

 Oxu24.com   xarici KİV-ə istinadən xəbər verir ki, mühafizəkar hökumətin namizədi Konstantinos Tasulas 200 səs baryerinə çata bilməyib.

Seçki prosesi fevralın 6-da keçiriləcək üçüncü turla davam edəcək. Bu turda prezident seçilmək üçün 180 səs lazım olacaq.

Namizədlərdən heç biri bu rəqəmə çatmasa, seçilmək üçün lazım olan səslərin sayını 151-ə endirməklə, son tur fevralın 11-də keçiriləcək. Tasulasın yeni Demokratiya Partiyasının 300 yerlik parlamentdə 156 yer qazanması sayəsində son turda seçiləcəyi gözlənilir.