Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Suriyaya səfər edəcək- KİV

DÜNYA

462

04.02.2025, 11:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edəcək.

 Oxu24.com  xəbər verir ki, bu barədə “Türkiyə gazetesi” məlumat yayıb.

Bildirilib ki, ölkə başçısının səfəri Ramazan ayı öncəsi planlaşdırılıb.

Nəşr yazır ki, Suriyanın yeni lideri Əhməd əl-Şaraa (Culani) Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək ki, Culani də bu gün Türkiyədə səfərdə olacaq.