Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
614
10.02.2025, 15:33
“Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir”.
Oxu24.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.
Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.
Həmçinin oxuyun
Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.
Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaqdır”, - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, bu yaxınlarda Nikolay Valuyev “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi məsələsi ilə bağlı danışarkən Azərbaycan xalqına və ölkəmizə qarşı təhqiramiz ifadələrə yer verib.
21:21 / 13 Dekabr 2025
1
21:19 / 13 Dekabr 2025
11
21:15 / 13 Dekabr 2025
14
21:02 / 13 Dekabr 2025
19
20:49 / 13 Dekabr 2025
100
20:44 / 13 Dekabr 2025
39
20:36 / 13 Dekabr 2025
41
20:26 / 13 Dekabr 2025
50
20:01 / 13 Dekabr 2025
159
19:53 / 13 Dekabr 2025
59
19:21 / 13 Dekabr 2025
273
19:16 / 13 Dekabr 2025
89
18:32 / 13 Dekabr 2025
872
18:12 / 13 Dekabr 2025
151
18:02 / 13 Dekabr 2025
98
17:43 / 13 Dekabr 2025
1458
17:09 / 13 Dekabr 2025
98
16:55 / 13 Dekabr 2025
324
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
94
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2711
14:50 / 13 Dekabr 2025
108
14:38 / 13 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.