Rusiya üçün ŞOK! Ukrayna onu əsir götürdü
14 Dekabr 2025, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
903
13.02.2025, 18:18
Ukrayna Tramp administrasiyasından Rusiyanın dondurulmuş aktivlərindəki 300 milyard dollardan Amerika istehsalı olan silahları almaq üçün istifadə etməyə icazə verməsini istəyib.
Oxu24.com xəbər verir ki,bu barədə Bloomberg məsələ ilə tanış olan avropalı rəsmilərə istinadən yazır.
Qeyd olunur ki, Rusiya aktivlərindən Amerika silahlarının alınması üçün istifadə edilməsi ideyası son həftələrdə Ukrayna nümayəndələri, onun bəzi müttəfiqləri və Tramp komandasının nümayəndələri arasında keçirilən görüşlərdə səsləndirilib.
Mənbələrdən biri bunun birbaşa Trampa da təklif edildiyini, lakin “prezidentin bu ideyanı dəstəklədiyinə dair heç bir əlamət yoxdur”,deyə o bildirib.
Nəşr xatırladıb ki, Rusiya Mərkəzi Bankının aktivləri “Yeddilik” Qrupu və Avropa İttifaqının tədbirləri çərçivəsində tammiqyaslı işğalın başlamasından sonra dondurulub. Onlar Avropada Euroclear klirinq evində saxlanılır. İndiyədək G-7 Ukraynaya 50 milyard dollar kredit vermək üçün yalnız sanksiyaya məruz qalmış aktivlərdən əldə edilən gəlirdən istifadə edib.
Həmçinin oxuyun
Bundan əvvəl Co Bayden ABŞ prezidenti olanda bir sıra Avropa ölkələri aktivlərinin müsadirə edilməsində israr edirdilər. Və bu təklif Trampın gəlişindən sonra Ukraynanın bəzi müttəfiqləri tərəfindən yenidən səslənib, nəşrin mənbələri iddia edir.
Beləliklə, Almaniya, Lüksemburq və Belçika aktivlərin müsadirə edilməsinin maliyyə sabitliyinə təsir edəcəyindən, həmçinin hüquqi və digər risklər daşımasından ehtiyat edirlər.
Nəşr bildirir ki, Rusiya rəsmiləri də öz növbəsində aktivlərin müsadirə olunacağı təqdirdə tədbir görəcəklərinə söz veriblər. Rusiya mətbuatı xəbər verir ki, hökumət Rusiyada əcnəbilərə məxsus əmlakın müsadirə edilməsi prosedurunu hazırlayıb.
Bununla belə, Ukrayna rəsmiləri və onların bəzi müttəfiqləri onların xeyrinə iqtisadi və hüquqi arqumentlərin olduğuna inanırlar. Xüsusilə, Tramp Ukraynanın ABŞ-ın davam edən hər hansı hərbi yardımını ödəməsini istəyir. Və aktivlərdən istifadə bu həlli təmin edə bilər, eyni zamanda ABŞ və onun müdafiə şirkətlərinə fayda verə bilər.
Ukrayna rəsmiləri həmçinin Rusiya aktivlərinin Moskvanın Ukraynaya potensial olaraq borclu ola biləcəyi gələcək müharibə zərərləri üçün ayrıla biləcəyinə inanan vəkillərə istinad edir.
Nigar
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.