Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ G7-ni Rusiyanı "təcavüzkar" adlandırmamağa çağırır

2025/02/20/1740060189_d7720ce64ff5be23d7de6544e7f75292.jpg

DÜNYA

596

20.02.2025, 18:02

“Financial Times” vəziyyətlə tanış olan beş mənbəyə istinadən yazır ki, Birləşmiş Ştatlar G7-nin Ukraynada hərbi əməliyyatların başlanmasının üçüncü ildönümü ilə bağlı bəyanatında Rusiyanın “təcavüzkar” kimi damğalanmasına qarşıdır.

 

Qəzetin yazdığına görə, Ukrayna prezidentinin G7 sammitində iştirakı hələlik təsdiqlənməyib. Tədbir fevralın 24-də videobağlantı vasitəsilə keçiriləcək.

 

ABŞ prezidenti Donald Trampın administrasiyası döyüşləri şərh edərək, bunu "Ukrayna münaqişəsi" adlandırır, iki FT mənbəsi qeyd edib.

 

Miri