“WhatsApp”da ödəniş dönəmi başladı
24 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1650
02.03.2025, 10:44
Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskini dəstəkləyib.
Oxu24.com xəbər verir ki, siyasətçi “X” sosial şəbəkəsindəki səhifəsində dəstəyini ifadə edib.
“Hörmətli Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, – Polşanın Baş naziri yazıb.
***
Dünya gündəmini zəbt edən Tramp-Zelenski debatının ardınca Avropa rəsmilərindən Ukrayna Prezidentinə dəstək paylaşımları gəlir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok:
“Ukrayna tək deyil”.
İspaniyanın Baş naziri Pedro Sançes:
“Ukrayna, İspaniya sizinlədir”.
İsveçin Baş naziri Ulf Kristersson:
“İsveç Ukraynanın yanındadır”.
İrlandiya Baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Harris:
“Ukraynanın yanındayıq”.
Litva Prezidenti Gitanas Nauseda:
“Ukrayna, sən heç vaxt tək qalmayacaqsan”.
***
Almaniya kansleri Fredrix Merz:
“Yaxşı və pis anlarda Ukraynanın yanındayıq. Bu dəhşətli müharibədə təcavüzkarla qurbanı qarışdırmamalıyıq”.
***
Danimarkanın Baş naziri Mette Frederiksen:
“Hörmətli Volodimir Zelenski, Danimarka qürurla Ukraynanın və Ukrayna xalqının yanındadır”.
***
Kanadanın Baş naziri Castin Trüdo:
“Artıq üç ildir ki, ukraynalılar cəsarət və dözümlə mübarizə aparırlar. Onların demokratiya, azadlıq və suverenlik uğrunda mübarizəsi hamımız üçün vacib olan mübarizədir. Kanada ədalətli və davamlı sülhün əldə olunmasında Ukrayna və ukraynalıların yanında olmağa davam edəcək”.
00:04 / 25 Avqust 2026
101
00:01 / 25 Avqust 2026
64
23:54 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
96
22:49 / 24 Avqust 2026
97
22:25 / 24 Avqust 2026
203
22:06 / 24 Avqust 2026
79
21:40 / 24 Avqust 2026
78
21:17 / 24 Avqust 2026
117
20:58 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
110
20:28 / 24 Avqust 2026
82
20:00 / 24 Avqust 2026
84
19:45 / 24 Avqust 2026
96
19:38 / 24 Avqust 2026
98
19:29 / 24 Avqust 2026
91
19:18 / 24 Avqust 2026
200
19:13 / 24 Avqust 2026
86
19:08 / 24 Avqust 2026
979
19:00 / 24 Avqust 2026
75
18:59 / 24 Avqust 2026
416
18:57 / 24 Avqust 2026
96
18:51 / 24 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.