Qaynar xətt:

(+99450) 247 90 86

İngilislər ruslarla döyüşmək istəmirlər

DÜNYA

326

05.03.2025, 19:49

Böyük Britaniyanın baş naziri Keir Starmer ölkəsinin Ukrayna ərazisində Rusiya ilə hərbi münaqişənin olmasını istəmədiyini bildirib.

Oxu24.com  bu barədə Sky News-a istinadən xəbər verir.

O, davamlı sülhə nail olmaq üçün Vladimir Zelenski və Donald Tramp da daxil olmaqla dünya liderləri ilə müntəzəm əlaqə saxladığını bildirib. Starmer vurğulayıb ki, əsas vəzifə yeni eskalasiyanın qarşısını almaqdır.

"Əsas odur ki, hər hansı razılaşma təmin olunsun ki, Putin onu pozmasın", - Böyük Britaniyanın baş naziri qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, Zelenskinin Vaşinqtona səfəri zamanı o, Tramp və ABŞ-ın vitse-prezidenti J.D.Venslə mübahisə edib, bundan sonra ABŞ Ukraynaya hərbi yardımı müvəqqəti dayandırıb.

Nigar