Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
373
06.03.2025, 14:06
Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti ABŞ-ın iştirakı olmadan Ukraynaya sülhməramlılar göndərmək istəmir.
Oxu24.com xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.
"Əksər üzv dövlətlərin mesajı ondan ibarətdir ki, Ukraynaya hərbi dəstək davam etməlidir. Növbəti addım təhlükəsizlik zəmanətləri və Aİ-nin nə edə biləcəyinə baxmaqdır", - deyə qəzet tərəfindən adı açıqlanmayan yüksək səviyyəli Brüssel rəsmisi bildirib.
Onun sözlərinə görə, mümkün hücum zamanı ilk növbədə ordunu gücləndirmək lazımdır. Sonra, Avropanın başqa yollarla, məsələn, Ukraynaya qoşun göndərməklə töhfə verməyə hazır olub-olmadığını təhlil etməyə dəyər.
Bununla belə, mənbənin qeyd etdiyi kimi, bu, hələlik atəşkəs əldə olunmadığı üçün tez sualdır. Amma bir faktı da nəzərdən qaçırmaq olmaz ki, Aİ-nin bəzi ölkələri artıq Ukraynaya qoşun yeritməyə hazır olduqlarını bəyan ediblər.
Həmçinin oxuyun
Fevralın sonunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukrayna ərazisinə sülhməramlı kontingent göndərə biləcəyi barədə məlumat yayılmışdı. Hazırda ATƏT-in Almaniya, Fransa, ABŞ və Rusiya da daxil olmaqla 57 üzvü var.
Bundan əvvəl İtaliya hökuməti Ukraynaya sülhməramlıların göndərilməsi ideyasını tənqid etmişdi.
Nigar
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.