Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
381
19.03.2025, 13:57
Moldova parlamentinin deputatı Aleksandr Nesterovski Rusiya vətəndaşlığını qəbul edib.
Oxu24.com xəbər verir ki, bu barədə deputatın vəkili Anatoli Pitel TASS jurnalistləri ilə söhbəti zamanı məlumat verib.
O, qanunvericiyə Rusiya pasportunun verilməsi ilə onun Moldovada mühakimə olunması arasında əlaqənin olmasını istisna etməyib.
“Bu gün Kişinyov məhkəməsi onun işi üzrə hökm çıxarıb, biz bunu siyasi motivli hesab edirik. "Bəlkə də hansısa əlaqə var", deyə vəkil bildirib.
Martın 6-da “Pobeda” blokunun lideri İlan Şor bəyan edib ki, Moldova hakimiyyəti bu siyasi birliyin iki deputatının həbsinə cəhd etmək niyyətindədir. Söhbət qanunvericilər Aleksandr Nesterovski və İrina Lozovandan gedir.
Siyasətçinin sözlərinə görə, həmkarlarına qarşı qaldırılan işlər uydurmadır. Şor əmin olduğunu bildirib ki, respublika rəhbərliyi “Pobeda” blokunun Rusiya tərəfi ilə əməkdaşlığını gözdən salmağa və “bütün real müxalifəti ruhdan salmağa” çalışır.
Həmçinin oxuyun
Moldovada parlament seçkilərinin 2025-ci ilin ikinci yarısında keçirilməsi planlaşdırılır. Ölkə qanunvericiliyinə görə, əvvəlki seçkilər 2021-ci il iyulun 11-də keçirildiyi üçün səsvermə iyulun 11-dən əvvəl və ya oktyabrın 11-dən gec keçirilə bilməz.
Bundan əvvəl Rusiya Federasiyası Moldova prezidenti Maya Sanduun Rusiyanın respublikadakı səfirinin etimadnaməsini qəbul etmədiyini bəyan edib.
Miri
21:58 / 13 Dekabr 2025
1
21:34 / 13 Dekabr 2025
167
21:21 / 13 Dekabr 2025
34
21:19 / 13 Dekabr 2025
37
21:15 / 13 Dekabr 2025
36
21:02 / 13 Dekabr 2025
39
20:49 / 13 Dekabr 2025
216
20:44 / 13 Dekabr 2025
50
20:36 / 13 Dekabr 2025
50
20:26 / 13 Dekabr 2025
58
20:01 / 13 Dekabr 2025
218
19:53 / 13 Dekabr 2025
68
19:21 / 13 Dekabr 2025
329
19:16 / 13 Dekabr 2025
100
18:32 / 13 Dekabr 2025
951
18:12 / 13 Dekabr 2025
159
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1583
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
332
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2837
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.