Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
399
21.03.2025, 09:57
“Ermənistan Avropa İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək, çünki Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olacaq”.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Şoyqu bildirib ki, Aİİ-dən Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesi mərhələsində çıxmaq Ermənistana ÜDM-nin 30-40%-nə başa gələcək: “Bu, ölkə iqtisadiyyatına ziyan vuracaq. İstehsalın azalması, əmək bazarının daralması, işsizliyin və inflyasiyanın artması həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, İrəvan Avropa iqtisadiyyatının vəziyyətini nəzərə alaraq Aİ-nin subsidiyalarına bel bağlamamalıdır”.
Onun sözlərinə görə, avrointeqrasiya perspektivi müqabilində Ermənistan vətəndaşları Aİİ-nin vahid əmək bazarının verdiyi imtiyazlardan, o cümlədən icazəsiz məşğulluqdan, sadələşdirilmiş qeydiyyatdan, pulsuz tibbi xidmətdən, pulsuz təhsildən və s. imtina etməli olacaqlar.
Şoyqu xatırladıb ki, Rusiyadan Ermənistana pul köçürmələri ölkənin ÜDM-nin təxminən 15%-ni təmin edir: “Əhəmiyyətli payı Rusiyada işləyən Ermənistan vətəndaşlarının köçürmələri təşkil edir. Çoxlarının vətənlərinə qayıtmalı olacağını və Avropada onların xoş qarşılanmadığını nəzərə alsaq, biz əminliklə deyə bilərik ki, xaricdən Ermənistan iqtisadiyyatına pul axını kifayət qədər azalacaq. Bundan əlavə, Ermənistan Aİ tələblərinə cavab vermək üçün bütün standartlar və sertifikatlaşdırma sistemini yenidən qurmalı olacaq. Praktikada bu, minimumda durğunluq, maksimumda isə mövcud sənayenin, o cümlədən metallurgiya, yeyinti və yüngül sənayenin məhv edilməsi deməkdir. Oxşar mənzərəni artıq Baltikyanı respublikaların timsalında da müşahidə etmək olar. Ukrayna da bir vaxtlar bundan əziyyət çəkdi. O zaman Ukrayna qanunvericiliyinin Aİ-nin hüquqi normalarına, o cümlədən üçüncü enerji paketinə uyğunlaşdırılması sənaye istehsalının və enerjinin deqradasiyasına gətirib çıxardı”.
Həmçinin oxuyun
Bundan əlavə, Şoyqunun sözlərinə görə, Ermənistan Rusiyadan və digər Aİİ ölkələrindən idxal edilən mallara gömrük rüsumları tətbiq etməyə və müvafiq olaraq Aİ ölkələrindən gələn mallara rüsumları ləğv etməyə məcbur olacaq: “Təbii ki, bundan sonra Aİİ ölkələri ilə gömrük ittifaqı və azad ticarətdən söhbət getməyəcək. Biz də MDB-nin azad ticarət zonasını tərk etməli olacağıq. Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ildə 12,7 milyard dollar, Aİ ölkələri ilə isə 2,3 milyard dollar təşkil edib. Fərq təxminən 6 dəfədir azdır”.
O vurğulayıb ki, Ermənistan ixrac istiqamətlərini dəyişə bilməyəcək, çünki erməni malları Avropada xoş qarşılanmır: “Çox yüksək fitosanitar, baytarlıq və digər tələblər də daxil olmaqla, Qərb bazarlarına çıxmaq və orada möhkəmlənmək olduqca çətin məsələdir”.
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.