Ərdoğan Azərbaycana gələcək
25 Aprel 2025, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86Şoyqudan Ermənistana ciddi - Xəbərdarlıq
DÜNYA
268
21.03.2025, 09:57
“Ermənistan Avropa İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək, çünki Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olacaq”.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Şoyqu bildirib ki, Aİİ-dən Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesi mərhələsində çıxmaq Ermənistana ÜDM-nin 30-40%-nə başa gələcək: “Bu, ölkə iqtisadiyyatına ziyan vuracaq. İstehsalın azalması, əmək bazarının daralması, işsizliyin və inflyasiyanın artması həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, İrəvan Avropa iqtisadiyyatının vəziyyətini nəzərə alaraq Aİ-nin subsidiyalarına bel bağlamamalıdır”.
Onun sözlərinə görə, avrointeqrasiya perspektivi müqabilində Ermənistan vətəndaşları Aİİ-nin vahid əmək bazarının verdiyi imtiyazlardan, o cümlədən icazəsiz məşğulluqdan, sadələşdirilmiş qeydiyyatdan, pulsuz tibbi xidmətdən, pulsuz təhsildən və s. imtina etməli olacaqlar.
Şoyqu xatırladıb ki, Rusiyadan Ermənistana pul köçürmələri ölkənin ÜDM-nin təxminən 15%-ni təmin edir: “Əhəmiyyətli payı Rusiyada işləyən Ermənistan vətəndaşlarının köçürmələri təşkil edir. Çoxlarının vətənlərinə qayıtmalı olacağını və Avropada onların xoş qarşılanmadığını nəzərə alsaq, biz əminliklə deyə bilərik ki, xaricdən Ermənistan iqtisadiyyatına pul axını kifayət qədər azalacaq. Bundan əlavə, Ermənistan Aİ tələblərinə cavab vermək üçün bütün standartlar və sertifikatlaşdırma sistemini yenidən qurmalı olacaq. Praktikada bu, minimumda durğunluq, maksimumda isə mövcud sənayenin, o cümlədən metallurgiya, yeyinti və yüngül sənayenin məhv edilməsi deməkdir. Oxşar mənzərəni artıq Baltikyanı respublikaların timsalında da müşahidə etmək olar. Ukrayna da bir vaxtlar bundan əziyyət çəkdi. O zaman Ukrayna qanunvericiliyinin Aİ-nin hüquqi normalarına, o cümlədən üçüncü enerji paketinə uyğunlaşdırılması sənaye istehsalının və enerjinin deqradasiyasına gətirib çıxardı”.
Həmçinin oxuyun
Bundan əlavə, Şoyqunun sözlərinə görə, Ermənistan Rusiyadan və digər Aİİ ölkələrindən idxal edilən mallara gömrük rüsumları tətbiq etməyə və müvafiq olaraq Aİ ölkələrindən gələn mallara rüsumları ləğv etməyə məcbur olacaq: “Təbii ki, bundan sonra Aİİ ölkələri ilə gömrük ittifaqı və azad ticarətdən söhbət getməyəcək. Biz də MDB-nin azad ticarət zonasını tərk etməli olacağıq. Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ildə 12,7 milyard dollar, Aİ ölkələri ilə isə 2,3 milyard dollar təşkil edib. Fərq təxminən 6 dəfədir azdır”.
O vurğulayıb ki, Ermənistan ixrac istiqamətlərini dəyişə bilməyəcək, çünki erməni malları Avropada xoş qarşılanmır: “Çox yüksək fitosanitar, baytarlıq və digər tələblər də daxil olmaqla, Qərb bazarlarına çıxmaq və orada möhkəmlənmək olduqca çətin məsələdir”.
01:16 / 26 Aprel 2025
Qadın xəyanətə görə boksçu həyat yoldaşını öldürdü - TƏFƏRRÜAT
68
23:34 / 25 Aprel 2025
Ərdoğan Azərbaycana gələcək
38
22:04 / 25 Aprel 2025
Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı
79
21:46 / 25 Aprel 2025
Prezidentdən Anar Quliyevlə bağlı - Sərəncam
73
21:30 / 25 Aprel 2025
İnsult keçirdi, başqa dildə danışmağa başladı - FOTO
181
21:21 / 25 Aprel 2025
Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim
72
21:07 / 25 Aprel 2025
Hiss edirəm ki dünyadan tez köçəcəm
91
20:55 / 25 Aprel 2025
Maykl Kurilla İsrailə səfər edib
72
20:42 / 25 Aprel 2025
Bir gündə 1000-ə yaxın adam tutuldu
86
20:34 / 25 Aprel 2025
Binanın dağılma anı kameraya düşdü
464
20:28 / 25 Aprel 2025
Böyük Britaniyada qadağan olunmuş bıçaqların reklamçıları 60 min funt sterlinq cərimələnəcək
78
20:19 / 25 Aprel 2025
BMT-nin qərargahında yeni Suriya bayrağı
79
20:08 / 25 Aprel 2025
ABŞ daha çox B-21 bombardmançıları almaq istəyir
98
20:01 / 25 Aprel 2025
Tramp və Zelenski Romada görüşə bilər
89
19:52 / 25 Aprel 2025
PA-nın Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb
101
19:42 / 25 Aprel 2025
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi
1583
19:41 / 25 Aprel 2025
Ermənistan sərhədçisi minaya düşərək ölüb
86
19:22 / 25 Aprel 2025
Beynəlxalq axtarışa verilmiş daha üç nəfər Azərbaycana ekstradisiya olunub
165
18:53 / 25 Aprel 2025
Kanaldan meyiti tapılan qadın kimdir ?
536
18:46 / 25 Aprel 2025
ABŞ Moldova səfirliyinin ərazisini sursat üçün yoxlamaq istəyir
92
18:44 / 25 Aprel 2025
İran Hindistan və Pakistanı barışdırmaq istəyir
96
18:23 / 25 Aprel 2025
İstanbulda Türkiyə və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb
83
18:12 / 25 Aprel 2025
Generallar toplandı — Daxili İşlər Nazirliyində iclas var +FOTOLAR
597
18:10 / 25 Aprel 2025
Əvəz Zeynallının azadlıqda - İlk fotosu
257
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.