Rusiyada uşaqları daşıyan avtobus qəzaya düşdü
16 Dekabr 2025, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1019
31.03.2025, 09:20
ABŞ prezidenti Donald Tramp "NBC News"a deyib ki, o, üçüncü dəfə prezident seçilə biləcəyindən danışarkən zarafat etmir.
Oxu24.com report-a istinadən xəbər verir ki, ölkə Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci əlavəyə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər.
"Zarafat etmirəm. Bu barədə düşünmək hələ tezdir", - deyə Tramp bildirib.
Tramp üçüncü müddətə Amerika administrasiyasının başında qalmağın bir neçə yolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, belə yollardan biri vitse-prezident Ceyms Devid Vens ən yüksək dövlət postuna seçilir, bundan sonra isə səlahiyyətlərini ona ötürür.
"Çoxları bunu etməyimi istəyir. Bununla belə, mən onlara deyirəm ki, qarşımızda hələ çox iş var, biz idarəetmənin ilkin mərhələsindəyik".
Həmçinin oxuyun
Trampın üçüncü müddətə dövlət başçısı seçilməsi üçün ABŞ konstitutsiyası dəyişməlidir. Birinci halda, Konqresdə üçdə iki səs tələb olunacaq. İkinci halda, ştatların üçdə ikisi (50-dən 34-ü) düzəlişlər təklif etmək üçün konstitusiya konvensiyasını çağıra bilər. Hər iki üsul 50 ştatdan 38-i tərəfindən düzəlişlərin sonradan ratifikasiya edilməsini tələb edir.
"NBC News" xəbər verir ki, respublikaçıların Senatda və Nümayəndələr Palatasında inamlı çoxluğa malik olmadığını nəzərə alsaq, qurultay variantı onlar üçün daha realdır.
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.