Rusiya üçün ŞOK! Ukrayna onu əsir götürdü
14 Dekabr 2025, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
349
04.04.2025, 08:05
"Almaniyanın iqtisadiyyatı son illərdə ciddi problemlərlə üzləşib, ən əsas çətinlik isə iqtisadi durğunluq və struktur zəiflikləridir. 2025-ci ildə Almaniya üçün ÜDM artımının yalnız 0,7 faiz olacağı proqnozlaşdırılır. 2017-ci ildən bəri iqtisadi artım cəmi 1,6 faiz olub, bu isə Avropa İttifaqının 9,5 faiz olan ortalamasından xeyli aşağıdır. Yüksək enerji qiymətləri, dövlət sərmayələrinin aşağı səviyyəsi və ixraca asılılıq kimi faktorlar bu durğunluğu dərinləşdirir. Eyni zamanda, Almaniyanın sənaye bazası zəifləyir, tanınmış şirkətlər istehsalın bir hissəsini xaricə köçürür və sənaye istehsalı azalır".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, Almaniyanın yaşlanan əhalisi də iqtisadiyyatın əsas problemlərindən biridir. Kiçilən əmək ehtiyatı və avtomatlaşdırma təzyiqləri ilə sənayelər üzləşir. Sənayedə ixtisarlar və struktur dəyişiklikləri gözlənilir, lakin iqtisadiyyatın rəqabət qabiliyyətini qorumaq üçün ciddi dövlət investisiyaları və yeni siyasət islahatları lazımdır. Dövlət sərmayələri Aİ-nin ortalamasından xeyli aşağıdır, bürokratik maneələr və struktur problemləri isə innovasiya və inkişafı əngəlləyir.
"Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən Polşa və Macarıstan, daha dinamik iqtisadiyyatlarla Almaniyanı geridə qoyur. Almaniya, Çin və digər ölkələrin artan rəqabətinə qarşı mübarizədə çətinliklərlə üzləşir. Çin avtomobil istehsalçıları, xüsusən elektrik avtomobillərindəki irəliləyişlərlə Alman avtomobil sənayesini təhdid edir. Bundan əlavə, Almaniyanın ABŞ ilə ticarətində də çətinliklər mövcuddur.
Almaniya üçün irəliləmək üçün ciddi iqtisadi, siyasi və struktur islahatları tələb olunur. İqtisadi artımın canlandırılması, yüksək enerji qiymətlərinin qarşısının alınması, sənayenin rəqabət qabiliyyətinin artırılması və bürokratik maneələrin aradan qaldırılması əsas hədəflərdir. Əgər islahatlar həyata keçirilməsə, bu, yalnız Almaniyanın iqtisadiyyatını zəiflətməyəcək, həm də Avropa daxilində iqtisadi qeyri-bərabərliyi artıracaq, yəni Almaniya kimi iqtisasi nəhəbgin nəhəngliyi yox ola bilər. Amma Almaniyanın yenidən iqtisadi artım dinamıkasını yüksəldəcəyini düşünürəm. Çünki bunun üçün lazım olan hər şey bu ölkədə var. Sadəcə bəzi siyasi-iqtisadi yanlışlar bu dinamikanı sıradan çıxarmışdı".
Həmçinin oxuyun
Bəs Almaniya-Azərbaycan əlaqələrinin iqtisadi tərəflərinin ən vacib məqamları nələrdir?
"Son illərdə Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Bu əlaqələr həm ticarət, həm də investisiya sahəsində müsbət tendensiyalar göstərir. Bir milyardın altında olan ticarət dövriyyəsi 2013-cü ildə 2,1 milyard dollar, 2014-cü ildə isə özünün tarixi rekordunu yeniləyərək 2,6 milyard dollara çatdı. Lakin, 2017-ci il, pandemiya ilini istisna etmək şərti ilə, bu əlaqələrin ən aşağı səviyyəyə düşdüyü dövr oldu; həmin il ticarət dövriyyəsi yalnız 867 milyon dollar olub.
Son zamanlarda isə göstəricilər müsbət inkişaf etməyə başladı. 2025-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Almaniya arasında ticarət əməliyyatlarının həcmi 485 milyon dolları keçdi. Bu isə 180 faiz, yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artım deməkdir. Əsasən Azərbaycan, Almaniyaya 284,9 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Almaniya, Azərbaycanın ümumi ixracının 5,98%-ni təşkil edərək 5-ci ən böyük ticarət tərəfdaşı olub.
Hesabat dövründə Almaniyadan Azərbaycana olan idxal 200,4 milyon dollar olub ki, bu da illik müqayisədə 76,3% artım deməkdir. Bu statistika ölkələr arasında iqtisadi əlaqələrin güclənməsinin göstəricisidir.
İnvestisiya sahəsində də nəzərəçarpan irəliləyişlər müşahidə olunub. Almaniyanın Azərbaycana qoyduğu birbaşa xarici investisiyalar 2024-cü ildə 75,3 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 2,83 dəfə artıb. 2024-cü ildə Azərbaycanın ümumi xarici sərmayələri isə 7,05 milyard dollar təşkil edib, bu da 5,83% artım deməkdir"
Ekspert qeyd edib ki, Almaniya prezidenti Frank-Valter Steynmaterin Azərbaycana səfəri hər iki ölkəni iqtisadiyyatına, xüsusilə də ticarət və investisiya sahəsinə, eləcə bu əlaqələrin gələcək inkişafına təsir göstərə bilər. Çünki, bu cür səfərlər ölkələr arasında ticarət mübadiləsinin artmasına, yeni investisiya layihələrinin həyata keçirilməsinə və biznes mühitinin daha da yaxşılaşdırılmasına təkan verir.milli.az
19:15 / 15 Dekabr 2025
18
18:43 / 15 Dekabr 2025
243
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
611
17:14 / 15 Dekabr 2025
70
17:08 / 15 Dekabr 2025
63
16:59 / 15 Dekabr 2025
159
16:49 / 15 Dekabr 2025
591
16:40 / 15 Dekabr 2025
131
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
100
15:55 / 15 Dekabr 2025
189
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
665
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2054
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
303
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.