Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
328
08.04.2025, 09:24
Azərbaycanda ölkədən getmək hüquqi məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişir.
Oxu24.com.az Report-a istinadən xəbər verir ki, bununla bağlı “İcra haqqında” qanuna dəyişiklik təklif edilir.
Sənəd Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Həmçinin oxuyun
Dəyişikliyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə" informasiya sistemindən "Elektron icra" informasiya sisteminə ötürülür. "Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə daxil edilir və "Giriş-çıxış idarələrarası və qeydiyyat" avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.