Ukrayna Samarada neft emalı zavodunu vurub
22 Avqust 2026, 13:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1018
12.04.2025, 13:55
Rusiya prezidenti Vladimir Putin Donald Trampın xüsusi nümayəndəsi ilə Sankt-Peterburqda görüşdən əvvəl 8 gün ictimai tədbirlərdə görünməyib.
Oxu24.com xəbər verir ki, bu barədə komp1 saytı yazıb. “Kremlin saytında dərc olunan xəbərlərin təhlilinə əsasən, 2025-ci ilin əvvəlindən bəri prezident ikinci dəfədir ki, uzun müddətli ictimaiyyətin gözündən itib. Əvvəlki üç ildə Putinin iş qrafikində ilk üç ayda belə tez-tez və uzun fasilələr olmayıb. Putin sonuncu dəfə Çinin xarici işlər naziri Vanq Yi və Serb Respublikasının prezidenti Milorad Dodiklə görüşüb” deyə, ən müxtəlif mənbələr bildirib.
Xəbərə görə, aprelin 1-dən sonra Kreml yalnız əvvəlcədən lentə alınmış kimi görünən görüşlər haqda süjetlər yayıb. Belə ki, aprelin 1-dən 9-dək Putinin Buryatiyanın rəhbəri Aleksey Tsydenov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, mədəniyyət naziri Olqa Lyubimova, “Aeroflot” şirkətinin rəhbəri Sergey Aleksandrovski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşləri haqda Kremlin rəsmi saytda dərc edilib. Bu görüşlərin isə əvvəldən lentə alındığı söylənilir.
Qeyd olunur ki, sonuncu dəfə prezident belə uzun müddətli Yeni il bayramları zamanı ( dekabrın 29-dan yanvarın 8-i daxil olmaqla) görünməyib. Ümumilikdə, ilin əvvəlindən prezident kütləvi tədbirlərdə iştiraka 42 gün həsr edib.
2024-cü ildə Putin ilin əvvəlində ardıcıl beş gündən çox, 2023-cü ilin əvvəlində kütləvi tədbirlər olmadan ən uzun müddət martın 23-dən 29-a qədər olub, 2022-ci ildə isə Putin yalnız Yeni il tətillərində uzun müddətli ictimaiyyətə görünməyib.
“INSIDER-T” Telegram kanalı isə iddia edirlər ki, Putin görünmədiyi günlərdə Soçidə olub, beynəlxalq təmaslara hazırlaşıb. Digər mənbələr isə iddia edib ki, Putin ABŞ prezidenti Donald Trampın ticarətlə bağlı qərarını şərh etməkdən yayınmaq üçün gizlinə çəkilib. “Putinin dünya bazarlarında qeyri-sabitliyə mənfi münasibəti var, lakin o, hələlik bilərəkdən qərara sərt münasibət bildirməkdən çəkinib", - mənbələrdən biri qeyd edib.
Yada salaq ki, aprelin 11-də Putin və Trampın Yaxın xüsusi nümayəndəsi Stiv Vitkoffla 4 saatdan çox davam edən qapalı formatda görüş keçirib. Tərəflər Ukraynadakı münaqişənin həlli, Rusiya və ABŞ liderləri arasında mümkün görüşləri müzakirə ediblər.
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.