Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
295
23.04.2025, 22:14
Bu gün İstanbulun Silivri sahillərində 6,2 bal gücündə baş verən zəlzələ böyük təşvişə səbəb oldu. Hadisədən bir neçə gün əvvəl CGTN Türk YouTube kanalında danışan Prof. Dr. Şener Üşümezsoy, "Kumburqaz və Silivridə 6.0-6.5 bal gücündə zəlzələ ola bilər" sözlərini demişdi.
Oxu24.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prof. Dr. Şener Üşümezsoy yeni zəlzələ ehtimalı ilə bağlı danışıb:
"Silivri ilə Kumburqaz arasında uzanan fayın İstanbul içərisində davamı yoxdur. Kumburqaz-Silivri çökəklik zonasında 6,2 bal gücündə zəlzələ riski var. Nə vaxt baş verəcəyi bilinmir, amma Şimal Anadolu Fayı ilə məşğul olanların çoxu qarşıdakı 10 ildə 6,5 bal gücündə zəlzələ gözləyir. Marmara dənizindəki aktiv hissə 150 km-dir, amma bəzi mütəxəssislər 400 km-lik zəlzələ proqnozlaşdırır."
Üşümezsoy həmçinin Elm Şurası üzvlərini sərt tənqid edərək aşağıdakı fikirləri səsləndirib:
"Hamı 6 fevralda 'Marmara dağılacaq' deyə ağlayırdı, mən bunlara fikir vermədim. Deyirdilər ki, '2 il içində Marmara boyunca fay qırılacaq', amma mən dedim ki, 1999-cu ildə bu faylar artıq qırılıb. 'Silivri və Kumburqaz fay çökəklikləri 6,2 bal gücündə zəlzələ verə bilər' - və bu gün məhz həmin ərazidə zəlzələ oldu."
Həmçinin oxuyun
"İstanbuldan çıxın" deyirdilər. 6 fevralda Adanadan keçən bir faydan danışırdılar, halbuki o fay Antakyadan keçir. İstanbul üçün hazırlanmış ssenarilərdə Adalardan başlayan fay xətti göstərirlər - amma bu mexanizmanı bilmədikləri üçün bu cür danışırlar."
Üşümezsoyun sözlərinə görə, İstanbulda tez-tez gündəmə gətirilən "böyük zəlzələ" ssenariləri elmi əsasdan çox uzaqdır və mediyada yer alan bəzi mütəxəssislər cəmiyyətə yanlış mesajlar verir.
Onun fikrincə, bugünkü zəlzələ elmi analiz və müşahidəyə əsaslanaraq əvvəlcədən proqnozlaşdırıla biləcək bir hadisə idi - lakin rəsmi qurumlar bu ehtimalı görməzdən gəldilər milli.az
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.