Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
298
24.04.2025, 19:31
Aprelin 23-də Azərbaycanla Çin arasında vizasız rejim haqqında saziş imzalanıb. Sənəd Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Pekində keçirilən rəsmi mərasimdə təsdiqlənib. Yeni rejim çərçivəsində hər iki ölkənin vətəndaşları 30 günədək vizasız səfər hüququ əldə edəcək.
Bəs azərbaycanlı turist üçün Çinə səfər etməyin təxmini xərci nə qədərdir?
Oxu24.com xəbər verir ki, səyahət bloqeri Rauf İsmayılovun ("raufism") sosial media hesabında paylaşdığı məlumata əsasən, Çin səfəri zamanı ortaya çıxacaq əsas xərclər belədir:
Aviabilet
Çinə birbaşa uçuşlar "AZAL" tərəfindən həyata keçirilir. Endirim dövrlərində gediş-dönüş biletini təxminən 420 manata əldə etmək mümkündür. Standart qiymətlər isə 600-700 manat arasında dəyişir.
Otel xərcləri
Çində yerləşmə nisbətən münasibdir. Pekində bir həftəlik səfər üçün iki nəfərlik orta səviyyəli otel otağında qalmaq təxminən 600 manata başa gəlir.
Nəqliyyat
Şəhərdaxili nəqliyyat xərcləri də sərfəlidir.
Taksi qiymətləri: 3-10 manat
Metroda bir gediş: təxminən 1 manat
Həmçinin oxuyun
Qidalanma
Çində yemək çeşidi genişdir, lakin bəzən turistlər üçün uyğun dad seçmək çətin ola bilər.
Orta səviyyəli restoranda bir nəfərlik menyu: 20-40 manat
Sadə yeməkxanalarda: 10-20 manat
Ekskursiyalar və giriş haqları
Turistik məkanlara giriş biletləri adətən 10-30 manat aralığındadır. Muzeylər və digər maraqlı yerləri gəzmək üçün 150-200 manat büdcə ayırmaq yetərlidir.
Əlavə xərclər
Süvenirlər, yerli içkilər, internet istifadəsi və digər xırda alış-verişlər üçün əlavə büdcə tələb oluna bilər.
Toplam büdcə
İki nəfərlik, bir həftəlik Çin səfəri üçün ümumi xərc təxminən 1800-2000 manat təşkil edir. Təbii ki, bu məbləğ fərdi seçimlərə, istirahət tərzinə və səyahət planına görə dəyişə bilər.
Yeni vizasız rejim sayəsində Çin artıq azərbaycanlı turistlər üçün daha əlçatan və cəlbedici bir istiqamətə çevrilib.milli.az
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.