Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
353
25.04.2025, 20:19
Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında ölkəsinin yeni bayrağını qaldırıb.
Oxu24.com xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA bildirib.
Xarici İşlər Nazirliyinin rəhbəri bayrağın qaldırılması anını “tarixi” adlandırıb. Asaad əl-Şibani Əl-Cəzirə telekanalına bildirib ki, bu addım “yalnız simvolik bir addım deyil”, həm də “Suriya xalqının xatirəsinə hörmət” və “qələbəsinin simvolu” idi. Diplomatın sözlərinə görə, suriyalılar bu addımı 14 ildir ki, gözləyirlər.
Üç qırmızı ulduzlu yaşıl, ağ və qara bayraq Əhməd əl-Şaraa hakimiyyətə gəldikdən sonra ölkənin yeni hökuməti tərəfindən rəsmən qəbul edilib. Bayraq Bəşər Əsəd rejiminin devrilməsinin simvoluna çevrilib.
Həmçinin oxuyun
Suriya xarici işlər nazirinin BMT-nin mənzil-qərargahına səfəri bu həftə Suriyanın yüksək səviyyəli nümayəndə heyətinin 20 ildən artıq müddətdə ilk dəfə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələri ilə görüşlərdə iştirak etməsindən sonra baş tutub.
Fevral ayında Avropa İttifaqı enerji və nəqliyyat sektorlarında Suriyaya qarşı sanksiyaları dayandırıb. Britaniya hökuməti həmçinin mart ayında Suriyanın bir sıra qurumlarının, o cümlədən ölkənin mərkəzi bankının və neft şirkətlərinin aktivlərini dondurub. Daha sonra Böyük Britaniya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi də daxil olmaqla, Suriyanın bir sıra kəşfiyyat qurumlarını, media qurumlarını və nazirliklərini sanksiya siyahısından çıxarıb.
Nigar
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.