Rusiyada uşaqları daşıyan avtobus qəzaya düşdü
16 Dekabr 2025, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
235
28.04.2025, 10:41
21 aprel tarixində vəfat edən Papa Fransisk üçün Vatikanın Müqəddəs Pyotr Meydanında təntənəli dəfn mərasimi keçirilib. Minlərlə insanın qatıldığı mərasimdə 6 kilometr uzunluğunda kortej qurulub, tabut Müqəddəs Böyük Məryəm Bazilikasına aparılıb.
Oxu24.com xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Papa Fransiskin Vatikanda keçirilən dəfn mərasimində etdiyi iki hərəkətlə gündəmə gəlib.
Tramp həyat yoldaşı Melania Tramp ilə birlikdə mərasimə qatılıb. Bütün dünya liderləri ənənəyə uyğun olaraq qara geyim seçdiyi halda, Tramp mavi kostyum geyinib və bu seçimi sosial şəbəkələrdə "ilk səhv" kimi qarşılanıb.
Tədbir zamanı iştirakçılar dörd hissəyə bölünüb: irəlidəki qonaqlar, kardinalar, din xadimləri və sadə camaat. Tramp irəlidəki qonaqların önündə tək dayanıb, ancaq əsas narazılıq başqa hərəkətindən qaynaqlanıb.
Həmçinin oxuyun
Digər liderlər xalçanın kənarında dayanıb, Tramp və xannımı isə xalçanı tapdalayıb və bu davranış "hörmətsizlik" kimi dəyərləndirilib. Sosial şəbəkə istifadəçiləri Trampı tənqid edərək onun təkəbbürlü hərəkət etdiyini bildiriblər.
Trampın mavi kostyum geyməsi də geniş tənqid olunub. Bir çox istifadəçi belə mərasimdə mavi geyinməyin böyük hörmətsizlik olduğunu və Trampın mərasim zamanı başını belə əymədiyini yazıb. Trampın dəfn mərasimindəki davranışları həm protokola, həm də ənənələrə zidd hesab olunub və dünya miqyasında sərt reaksiyalara səbəb olub.milli.az
01:40 / 17 Dekabr 2025
12
01:15 / 17 Dekabr 2025
16
00:55 / 17 Dekabr 2025
14
00:36 / 17 Dekabr 2025
49
00:32 / 17 Dekabr 2025
55
00:24 / 17 Dekabr 2025
68
23:40 / 16 Dekabr 2025
652
23:04 / 16 Dekabr 2025
768
22:25 / 16 Dekabr 2025
70
22:19 / 16 Dekabr 2025
421
22:05 / 16 Dekabr 2025
87
20:53 / 16 Dekabr 2025
774
20:13 / 16 Dekabr 2025
808
20:07 / 16 Dekabr 2025
332
20:05 / 16 Dekabr 2025
285
19:58 / 16 Dekabr 2025
156
19:53 / 16 Dekabr 2025
107
18:06 / 16 Dekabr 2025
2399
17:55 / 16 Dekabr 2025
115
17:51 / 16 Dekabr 2025
118
17:39 / 16 Dekabr 2025
5971
17:35 / 16 Dekabr 2025
145
17:26 / 16 Dekabr 2025
107
17:23 / 16 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.