Qaynar xətt:

(+99450) 247 90 86

İran təxribat versiyasını rədd edir 

DÜNYA

111

30.04.2025, 11:54

İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Şəhid Rəcai Limanında baş verən partlayışa səbəb kimi təxribat və ya xarici müdaxilə ehtimalını rədd edib.

"Bildiyim qədər, bunun xarici müdaxilənin nəticəsi olduğuna dair heç bir dəlil yoxdur. Mən təxribat və ya xarici agentlərin iştirakından bəhs edən bir xəbər də görməmişəm", - deyə   İranın dövlət televiziyası onun sözlərindən sitat gətirir.

O, limanda baş verən partlayışın müdafiə sektoru və ya silahlı qüvvələrlə bağlı olmadığını da vurğulayıb.

Çərşənbə axşamı parlamentin deputatı Məhəmməd Mehdi Şəhriyari partlayışın təxribat nəticəsində baş verməsi ehtimalını qaldırıb. Lakin rəsmi qurumlar hələlik bu versiyanı təsdiqləməyib.

Miri