Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə  "Gülənçilər" saxlanılıb

DÜNYA

103

30.04.2025, 12:55

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 170-ə yaxın şəxs saxlanılıb.

Oxu24.com xəbər verir  ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə məlumat verib.

"Əməliyyat zamanı Türkiyənin 42 vilayətində FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən 169 vətəndaş saxlanılıb", - Yerlikaya qeyd edib.

Onun sözlərinə görə, reydlər zamanı tapança və tüfənglər, külli miqdarda xarici valyuta və türk lirəsi, sənədlər və rəqəmsal materiallar götürülüb.

Nigar