Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Almaniya kansleri ilə şəxsi söhbət edəcək

news/2025_05_15/2025_03_28t180710z_61407107_rc2emda2o3tn_rtrmadp_3_ukraine_crisis_zelenskiy_usa_pic_32ratio_900x600_900x600_95655_1747325759.jpg

DÜNYA

223

26.05.2025, 17:01

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü, mayın 28-də Berlinə gələcək və orada Almaniya kansleri Fridrix Merzlə görüşəcək.

Oxu24.com  xəbər  verir ki, bu  barədə  Spiegel yazır.

Nəşrin məlumatına görə, Merz və Zelenski Rusiya və Ukrayna arasında ilk raund mayın 16-da İstanbulda baş tutan texniki danışıqlar çərçivəsində gələcək addımları müzakirə edəcəklər. Merz həmçinin Zelenskiyə Aİ-nin Rusiyaya qarşı növbəti – 18-ci sanksiyalar paketi barədə məlumat verməyi planlaşdırır.

Spiegel qeyd edir ki, iki dövlətin liderləri, yəqin ki, Ukraynaya silah tədarükünü də müzakirə edəcəklər.

Səfər zamanı Zelenski təkcə Merzlə deyil, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə də görüşəcək.