Liderlər görüşür - Nə dəyişəcək?
13 Dekabr 2025, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
232
29.05.2025, 19:16
Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya qatarla səfər zamanı jurnalistlərə deyib ki, İstanbulda Moskva-Kiyev danışıqlarının yeganə diplomatik uğuru hərbi əsirlərin mübadiləsi olub.
“Bundan sonra tərəflər ilk dəfə atəşkəslə bağlı öz mövqelərini rəsmi olaraq qeyd etdilər, bir-birlərinə ötürdülər və danışıqlar prosesinin bir hissəsi kimi müzakirəyə başladılar və bu, həm də mühüm mərhələdir”, - nazir vurğulayıb.
Fidan xatırladıb ki, İstanbulda aparılan danışıqlar nəticəsində artıq 1000 hərbçinin mübadiləsi aparılıb. O, hər iki tərəfin nizamlanma məsələləri ilə bağlı öz mövqelərini rəsmən səsləndirməsi və təqdim etmələrinin zəruriliyini qeyd edib.
Moskvaya son səfərindən danışan nazir qeyd edib ki, Ankara müharibənin başa çatması ilə bağlı bir daha Rusiya rəhbərliyinə mövqeyini bildirib:
"Türkiyə regionun mühüm ölkəsi kimi münaqişənin ilk gündən sona çatması üçün səy göstərməyib, həm də onun inkişafını hər tərəfdən diqqətlə izləyir. Biz rusiyalı həmkarlarımıza davamlı atəşkəsə gətirib çıxara biləcək hansı real parametrlərin ola biləcəyinə dair baxışı çatdırmışıq".
Fidan əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı dəqiq mövqeyi var və o, bir nazir kimi danışıqlar zamanı bunu çatdıra bilib:
"Mövcud şəraiti nəzərə alsaq, tərəflərin danışıqlar masası arxasına əyləşə biləcəkləri neytral formata ehtiyacı var. Və bu baxımdan Türkiyə ideal vasitəçi kimi çıxış edir".
Həmçinin oxuyun
Fidan hər iki tərəfin son açıqlamalarına da münasibət bildirib. Xüsusilə, o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Kreml adından Moskvanın əvvəllər səsləndirdiyi təkliflərə iyunun 2-nə kimi cavab gözlədiyini söyləyən sözlərinə istinad edib.
Nazir Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və digər yüksək səviyyəli Ukrayna rəsmiləri ilə görüşlər keçirəcəyini vurğulayıb:
“Moskvada olduğu kimi, biz də Ukrayna tərəfi ilə Türkiyənin mövqeyini, mövcud vəziyyətlə bağlı qiymətləndirmələrimizi və atəşkəsə nail olmaq üçün təcili ehtiyacı müzakirə edəcəyik, öz müşahidələrimiz var və ukraynalı tərəfdaşlarımızdan da rəy alacağıq.
Hesab edirəm ki, həqiqi danışıqlar prosesi başlayan kimi vəziyyət getdikcə daha ürəkaçan olur. Hər iki tərəf həqiqətən atəşkəs istəyir - heç kim açıq şəkildə buna qarşı olduqlarını deməyəcək. Axı bunu dünya ictimaiyyəti qarşısında əsaslandırmaq çətin olacaq: sülhdən imtina etmək mənəvi üstünlük vermir.
Bununla belə, Rusiya və Ukraynanın atəşkəsin nə olması barədə fikirləri fərqlidir. Bu mövqeləri bir-birinə yaxınlaşdırmaq lazımdır. Diplomatiya və vasitəçilik bunun üçündür. Amma nəyisə razılaşdırmaq prosesində tərəflər yenə də bir-biri ilə birbaşa dialoqa getməli olacaqlar”.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.