Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ əsgərləri sualtı qayığa basqın etdilər

DÜNYA

1030

13.07.2019, 10:15

  Sakit okeanda ABŞ sahillərinə doğru sürətlə hərəkət edən sualtı qayığı müəyyən edən Sahil Təhlükəsizlik Xidməti hərəkətə keçib.   Oxu24.com  xəbər verir ki, əsgərlər sürətli katerlərlə sualtı qayığa yaxınlaşıblar. Basqın nəticəsində 232 milyon dollar dəyərində 7 ton narkotik maddə ələ keçirilib. “Cutter Munro” gəmisinin ekipajı radarlarda gördükləri sualtı qayığa yaxınlaşıblar. Əsgərlər sualtı qayığın qapağını açaraq qaçaqmalçıları saxlayıblar. Komandanın rəhbəri əvvəlcə qaçaqmalçılara səslənib. Sonra isə sürətli katerlərlə yaxınlaşıblar. ABŞ mətbuatı 5 qaçaqmalçının polisə təslim edildiyini yazır. ABŞ prezidenti Donald Tramp da məsələyə biganə qalmayıb: “Belə bir cəsarətə inana bilirsinizmi? İnanılmaz narkotik maddə əməliyyatı”.