Qaynar xətt:

(+99450) 247 90 86

Bill Geytsin ən çox bəyəndiyi kitab

DÜNYA

616

29.07.2019, 23:35

\"\" \"Microsoft\" korporasiyasının həmtəsisçisi və dünyanın ən zəngin insanlarından biri olan Bill Geyts oxuduğu ən son kitablardan hansının daha çox xoşuna gəldiyini açıqlayıb. Oxu24.com oxu.az-a istinadla xəbər verir ki, milyarder həftədə bir kitab oxuyur. B.Geytsin bu yay ən çox xoşuna gələn kitab \"Eskiz: yaxşı cəmiyyətin təkamül mənbələri\" (Blueprint: The Evolutionary Origins of a Good Society) olub. Kitabın müəllifi sosioloq Nikolas Kristakisdir. O, kitabda bildirir ki, təkamül sayəsində insanlarda möhkəmlənmiş \"yaxşı\" keyfiyyətlər müasir cəmiyyətin yaranmasına gətirib çıxarıb. B.Geytsin zənnincə, kitab nikbin əhval-ruhiyyədə yazılıb və asan oxunur. O, Stiven Pinkerin \"İnsan təbiətinin xeyirxah mələkləri\" (The Better Angels of Our Nature) adlı kitabını da oxumağı tövsiyə edib.