Qaynar xətt:

(+99450) 247 90 86

"Qocalar evinə getmirəm!" - 92 yaşlı ana oğlunu güllələdi

2018-07/1530784438_qoca.jpg

DÜNYA

1196

05.07.2018, 13:54

\"\" OXU24.COM xəbər verir ki, 92 yaşlı qadın qocalar evinə göndəriləcəyini anlayandan sonra cinayəti planlaşdırmağa başlayıb.
O, xələtinin ciblərinə iki tapança qoyandan sonra oğlunun arvadı ilə yaşadığı otağa yollanıb. Hadisə Feniks şəhərinin yaxınlığındakı Fonteyn Hilss şəhərində yaşanıb. 72 yaşlı Tomas Blessinq boynundan və çənəsindən güllə yaraları alandan sonra yerindəcə keçinib. Anna Mey Blessinq oğlunun 57 yaşlı arvadını da güllələmək istəyib, lakin qadın tapançaları Annanın əlindən ala bilib. Polisdən verilən məlumata görə, oğlu Annaya \"birlikdə yaşamaq artıq ağırdır, səni qocalar veinə vermək istəyirik\" deyib. Bundan sinirlənən Anna söyləyib: \"Siz həyatımı əlimdən almaq istəyirsiniz?! Mən sizi həyatınızdan məhrum edərəm!\" Anna Mey Blessinqin məhkəməsi başlanıb. O, məhkəmə zalına əlil arabasında gətirilib.