Qaynar xətt:

(+99450) 247 90 86

Ailəsinin 5 üzvünü qətlə yetirdi, sonra özünü vurdu - FOTO

2018-07/1532273423_670120.jpg

DÜNYA

1095

22.07.2018, 19:34

\"\"Türkiyənin Adıyaman rayonunun Besni qəsəbəsində bir nəfər ailə üzvlərini qətlə yetirib.
OXU24.COM  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb torpaq anlaşılmazlığı olub. Salih A. adlı şəxs atasını, anasını, qardaşı arvadını və qardaşının 2 uşağını tapança ilə vuraraq öldürüb. Bundan sonra o intihar etmək istəyib. Hadisə bu gün saat 11.00 radələrində qəsəbəyə aid Eğerli kəndində baş verib. İddiaya görə, Salih A. Torpaq ərazisinin bölüşdürülməsi məsələsində atası və anası ilə dalaşıb. Davaya qardaşı uşaqlarının da qoşulmasını görən Salih A. üzərindəki silahın tətiyini ard-arda basaraq hər kəsi qətlə yetirib. Hər yerin qan gölünə döndüyünü görən Salih A. daha sonra həmin tapançanı öz başına dirəyərək atəş açıb. Kənd sakinləri polisə xəbər veriblər. Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım gəlib. Həkimlər Salih A.-nın vurduğu atasının, anasının, yengəsi və 2 qardaşı uşağının öldüyünü müəyyənləşdiriblər. Ailə üzvlərindən 5-ni öldürdükdən sonra intihara cəhd göstərən Salih A. isə xəstəxanaya çatdırılıb.\"\"