Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
664
16.04.2022, 21:49
Britaniya xüsusi təyinatlıları Kiyev və onun ətrafında Ukrayna hərbçilərinin təlimlərini bərpa edib.
OXU24.COM UNİAN-a istinadən bildirir ki, bu barədə "The Times"a ukraynalı zabitlər məlumat verib.
Belə ki, kapitan Yuri Mironenkonun sözlərinə görə, təxminən iki həftə əvvəl Kiyevdə Britaniya Xüsusi Hava Xidmətinin (SAS) əsgərləri hərbçilərə NLAW tank əleyhinə sistemlərdən istifadə etməyi öyrədiblər.
İki batalyonun zabitləri biri ötən həftə, digəri isə bir həftə əvvəl Britaniya Xüsusi Qüvvələrindən hərbi təlim keçib.
Həmçinin oxuyun
Böyük Britaniya Müdafiə Nazirliyi bu cür əməliyyatları şərh etməmək qərarına istinad edərək, ukraynalı komandirlərin məlumatını təsdiqləməkdən imtina edib.
Britaniyadan olan təlimatçılar əvvəllər ukraynalı hərbçilərlə işləyiblər, lakin fevralın ortalarında krallığın Müdafiə Nazirliyi onları geri çağırıb. Daha sonra departament Rusiya ilə Ukrayna arasında münaqişə olacağı təqdirdə britaniyalıların döyüşlərdə iştirak etməyəcəyini bildirib.
Xatırladaq ki, mart ayında Rusiya ordusu Yavorovski poliqonuna - Beynəlxalq Sülhün Müdafiəsi və Təhlükəsizlik Mərkəzinə hava zərbələri endirib. Nəticədə doqquz nəfər öldü, onlarla qurban var.
"Rusiya Lvov yaxınlığındakı Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə hücum edib. Orada əcnəbi təlimatçılar işləyir. Qurbanlar barədə məlumatlar dəqiqləşdirilir. Bu, Aİ-NATO sərhədi yaxınlığında sülh və təhlükəsizliyə qarşı yeni terror aktıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Səmanı bağlayın", - deyə Ukraynanın müdafiə naziri Aleksey Reznikov vurğulayıb.
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.