Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
289
10.11.2023, 19:56
Noyabrın 10-na keçən gecə İsrail hərbçiləri HƏMAS-ın Şimal Briqadasının snayper birləşmələrinin komandirini məhv edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Kəşfiyyat məlumatlarına əsasən, HƏMAS-ın Şimal Briqadasının snayper bölmələrinin rəhbəri Məhəmməd Kalout məhv edilib. İsrail ordusunun əsgərləri gecə saatlarında İsrail əsgərlərinə hücum planlaşdıran 19 HƏMAS terrorçusuna zərbələr endiriblər", - məlumatda bildirilib.
Mətbuat xidməti qeyd edib ki, son 24 saat ərzində dəqiq kəşfiyyat məlumatlarına əsasən, İDF oktyabrın 7-də törədilən qırğında iştirak edən çoxsaylı HƏMAS terrorçusunu məhv edib.
Həmçinin oxuyun
“Həlak olanlar arasında bölük komandiri Əhməd Musa və taqım komandiri Ömər Əl-Hindi də var ki, onların hər ikisi Qərbi Cəbəliyyədə olub. Əhməd Musa Qəzza zolağı ilə sərhəddə yerləşən Zikim bazasına müdaxilənin komandirlərindən biri olub. O, son günlərdə Qərbi Cəbəliyyə bölgəsində İDF əsgərlərinə hücumlara rəhbərlik edib”, - deyə mətbuat xidməti əlavə edib.
Ordu həmçinin bildirib ki, gecə saatlarında IDF qoşunları içərisində 20-yə yaxın raket buraxılış qurğusu olan gəmi konteynerinə zərbələr endirib.
“Cəbhənin cənubunda Şeyx İclində (Qəzzə şəhərinin cənubunda) döyüşlər zamanı əsgərlər yaşayış binalarının yaxınlığında reaktiv yaylım atəşi qurğusu aşkar ediblər. Tapılan bütün silahlar İDF əsgərləri tərəfindən məhv edilib və ya müsadirə edilib”, - məlumatda bildirilib.
21:58 / 13 Dekabr 2025
1
21:34 / 13 Dekabr 2025
167
21:21 / 13 Dekabr 2025
34
21:19 / 13 Dekabr 2025
37
21:15 / 13 Dekabr 2025
36
21:02 / 13 Dekabr 2025
39
20:49 / 13 Dekabr 2025
216
20:44 / 13 Dekabr 2025
50
20:36 / 13 Dekabr 2025
50
20:26 / 13 Dekabr 2025
58
20:01 / 13 Dekabr 2025
218
19:53 / 13 Dekabr 2025
68
19:21 / 13 Dekabr 2025
329
19:16 / 13 Dekabr 2025
100
18:32 / 13 Dekabr 2025
951
18:12 / 13 Dekabr 2025
159
18:02 / 13 Dekabr 2025
106
17:43 / 13 Dekabr 2025
1583
17:09 / 13 Dekabr 2025
104
16:55 / 13 Dekabr 2025
332
15:58 / 13 Dekabr 2025
112
15:47 / 13 Dekabr 2025
101
15:39 / 13 Dekabr 2025
124
15:08 / 13 Dekabr 2025
2837
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.