Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
511
19.11.2023, 11:50
Çirkli pulların yuyulması, vergidən yayınma və təşkilat üzvü olmaqda ittiham edilərək həbs edilən Dilan Polat və Engin Polat cütlüyünün vəkili danışıb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, cütlüyün maliyyə işlərini aparan vəkil Ahmet Gün peşman olduğunu etiraf edərək azadlığa buraxılması üçün bəzi açıqlamalar verib.
Həbsxanadan jandarmların müşayiəti ilə prokurorluğa aparılan və 3 saat ifadə verən Ahmet Gün Polat ailəsinin milyonlarla lirəlik saxta qaimə təqdim etdiyini və internet üzərindən edilən satışların real olmadığını nəzərə çatdırıb.
Ahmet Gün qeyd edib ki, cütlüyün saxta qaimə verdiyi şirkətlərdən biri olan "BYZ Gün Güzellik Kozmetik İthalat İhracat Sanayi ve Ticaret" şirkəti onun öz qızına məxsus olub. O, şirkətlərin saxta qaimə vermək üçün yaradıldığını vurğulayıb və başında da Engin Polatın atası Sezgin Polatın dayandığını iddia edib.
"Dipomed Medikal Kozmetik", "Rise And Shine" və "DP Güzellik A.Ş." şirkətləri üçün saxta qaimə verildiyini deyən vəkil ailənin internet üzərindən etdiyi "Rise And Shine" satışlarının çox görünməsi ilə bağlı da danışıb. "Ləğv edilən şirkətlərdən saxta qaimə hazırlanması məqsədilə istifadə edilirdi", - deyə o qeyd edib.
Ahmet Gün ailənin əldə etdiyi pulun qanunsuz mərc oyunları və ya çirkli pulların yuyulmasından qaynaqlandığından şübhələndiyini dilə gətirib.
Həmçinin oxuyun
Lakin prokurorluq Ahmet Günün verdiyi məlumatların səthi və qeyri-kafi olduğu qənaətinə gəlib və onun azadlığa buraxılması tələbi rədd edilib.
Ahmet Gün ifadə verdikdən sonra Mərmərə Həbsxanasından Tekirdağ Qapalı Cəza Müəssisəsinə göndərilib.
.jpg)
.jpg)
.jpg)
20:16 / 14 Dekabr 2025
226
19:55 / 14 Dekabr 2025
48
19:50 / 14 Dekabr 2025
34
19:36 / 14 Dekabr 2025
38
19:27 / 14 Dekabr 2025
118
19:22 / 14 Dekabr 2025
61
18:57 / 14 Dekabr 2025
2050
17:55 / 14 Dekabr 2025
756
16:45 / 14 Dekabr 2025
1189
15:41 / 14 Dekabr 2025
933
15:09 / 14 Dekabr 2025
89
14:56 / 14 Dekabr 2025
190
14:08 / 14 Dekabr 2025
2184
13:58 / 14 Dekabr 2025
110
13:27 / 14 Dekabr 2025
126
13:18 / 14 Dekabr 2025
103
13:09 / 14 Dekabr 2025
145
12:54 / 14 Dekabr 2025
551
12:18 / 14 Dekabr 2025
1116
12:06 / 14 Dekabr 2025
2357
11:38 / 14 Dekabr 2025
112
11:30 / 14 Dekabr 2025
782
11:22 / 14 Dekabr 2025
87
10:43 / 14 Dekabr 2025
1142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.