Qaynar xətt:

(+99450) 247 90 86

Qəzza zolağında ölənlərin sayı 17,5 min nəfərə çatıb

DÜNYA

233

08.12.2023, 19:29

Anklavın Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudranın sözlərinə görə, Qəzza zolağında Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsi başlayandan bəri ölənlərin sayı 17 487 nəfərə çatıb.

 

Oxu24.com  xəbər  verir  ki,“Təcavüzün əvvəlindən İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 17 487 nəfərə, yaralıların sayı 46 480 nəfərə çatıb”, - Əl-Qudra Telegram kanalında yazıb.

 

Xatırladaq ki, bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi oktyabrın 7-dən Qəzza zolağında azı 63 media işçisinin, o cümlədən 56 fələstinli, 4 İsrail və 3 Livan vətəndaşının həlak olduğunu bildirmişdi.

 

Müəllif: Nigar