Holdinq işçi axtarır - MAAŞ 1500-1800 MANAT
30 Aprel 2025, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86Müsabiqə elan edildi: Qaliblərə 1500 manat veriləcək
ELANLAR
685
03.04.2025, 12:07
Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
Oxu24.com xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirir.
1. Müsabiqənin istiqamətləri
“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:
Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı;
Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;
Logistikanın inkişafı və şəbəkə marketləri;
Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;
Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;
İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;
AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;
Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;
Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;
Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;
Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;
Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanununun işləməsindəki rolu.
Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hamısı eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.
2. Müsabiqə üzrə mükafatlandırma
Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:
• I yer – 3 nəfər – hər biri 1500 manat
• II yer – 3 nəfər – hər biri 1000 manat
• III yer – 3 nəfər – hər biri 800 manat
• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat
Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.
3. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
• Mövzunun dolğun əhatə edilməsi səviyyəsinə;
• Faktlardan düzgün istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
• İfadə vasitələrinin zənginliyinə;
• Oxucu üçün informasiyalılıq dərəcəsinə;
• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən 3 may 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanmış, həmçinin telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar, radiolarda səsləndirilmiş audiomateriallar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları 7 dəqiqəni keçməməlidir. Müsabiqə materiallarında Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.
4. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Təqdimatda yer almalıdır:
• Müsabiqə yazısı (“Word” faylında, imzasız);
• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
• Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;
• Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);
• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.
Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 aprel 2025-ci il tarixdən 3 may 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında (əvvəlki Teymur Əliyev, 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: (+994 12) 441 35 96
Mobil/vatsap: (+994 50) 242 09 91, (+994 55) 789 85 03
Həmçinin oxuyun
17:29 / 30 Aprel 2025
Ərdoğan Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı fikirlərini dəstəkləyir
1
17:16 / 30 Aprel 2025
İlham Əliyev Fərman imzaladı
162
16:58 / 30 Aprel 2025
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
99
16:56 / 30 Aprel 2025
İsrail ordusu Dəməşqin ətrafına hücum edib
17
16:53 / 30 Aprel 2025
Türkiyədə işıq kəsilməyəcək- Rəsmi
16
16:50 / 30 Aprel 2025
Mayora hücum edən idmançıların həbsi uzandı
28
16:24 / 30 Aprel 2025
Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR
1507
16:20 / 30 Aprel 2025
Hindistan-Pakistan müharibəsi qapıdadır? – 24 saatlıq təhlükə siqnalı
25
16:17 / 30 Aprel 2025
Holdinq işçi axtarır - MAAŞ 1500-1800 MANAT
34
16:06 / 30 Aprel 2025
Su olmayacaq
26
15:55 / 30 Aprel 2025
Estoniya Ukraynaya qoşun yeritməyi təklif edib
26
15:32 / 30 Aprel 2025
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir
45
15:24 / 30 Aprel 2025
İlham Əliyev xüsusi təyinatlı avtomobilin sükanı arxasında - Foto
196
15:19 / 30 Aprel 2025
İsrail müdaxilə etdi, Suriya səlahiyyətliləri və druzlar danışıqlar apardı
34
15:08 / 30 Aprel 2025
Azərbaycanda təbiətə 108 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb
41
14:57 / 30 Aprel 2025
Sonuncu SMS: Növbəti günün bərbad olacağını bilərəkdən... Ayaz Bağırovun yarım qalan taleyi
249
14:49 / 30 Aprel 2025
Səidə Tağızadə vəzifəyə təyin edildi
55
14:42 / 30 Aprel 2025
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
46
14:36 / 30 Aprel 2025
Prezident Sumqayıt Kimya Sənaye Parkında - Fotolar
48
14:33 / 30 Aprel 2025
Polşa fon der Leyenin müdafiə xərclərini artırmaq ideyasını dəstəkləyir
42
14:16 / 30 Aprel 2025
Almaniya bələdiyyələri rusları 9 May şənliyindən qovmaqdan imtina edir
48
14:04 / 30 Aprel 2025
Tramp oynadı - VİDEO
55
13:59 / 30 Aprel 2025
Aralıq dənizi üçün fırtına xəbərdarlığı
51
13:46 / 30 Aprel 2025
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
57
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.