“Araz” Supermarketləri qiymətləri endirdi
04 Dekabr 2025, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1172
10.01.2020, 10:54
Azərbaycanda internet üzərindən dələduzluq zaman-zaman həyata keçirilib. Son günlər isə bu proses daha da aktivləşib. Artıq hansısa kibercinayətkar qrup bir neçə qurum adından saxtakarlıqlar edərək insanların şəxsi məlumatlarını və bank kartı hesablarını ələ keçirirlər.
“Qafqazinfo”ya müraciət edən vətəndaşlar bildirib ki, onlar internet brauzerdən istifadə edərkən ekrana qəfildən “Bu gün “Samsung S 10” və ya “iPhone 11 Pro”nun qalibi seçildiniz. Mükafatı başqasına verməzdən əvvəl “OK” düyməsinə klikləyin” mesajı çıxır.
Düyməni təsdiqləyən şəxslər artıq tələyə düşmüş hesab olunur və ona 4 suala düzgün cavab verəcəyi təqdirdə bu telefonlardan birini əldə edəcəyi bildirilir. Maraqlı məqam bundan ibarətdir ki, suallar həmin şəxsin özü barəsində olur. İstifadəçi özü haqda suallara “düzgün” cavab verəndən sonra qeyd edilən iki telefondan birini seçməsi təklif olunur. Bu etapdan sonra o, telefonun qalibi elan edilir. Ardınca isə mükafatın ona göndərilməsi üçün çatdırılma haqqı olaraq 1-3 manat ödəniş etməsi istənilir. Növbəti açılan pəncərədə isə ödəniş üçün bank kartı məlumatlarını təqdim etməlidir. Bütün göstərişlərə əməl etdikdən sonra kibercinayətkar qrup istifadəçinin telefonu və ya komputerindəki məlumatları və bank kartını ələ keçirir.
Son günlər bu saxta yolla mükafatlandırma kampaniyası “Azərpoçt” və təhsil sahəsində İKT proqramları həyata keçirən “Azedunet” şirkətinin adından aparılır.
Bakı Mühəndislik Universitetinin müəllimi, İnformasiya Texnologiyaları üzrə ekspert Vahid Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adətən qeyri-qanuni saytların birinə daxil olanda (porno, crack, hack, lisenziyasız download və s. ) orada fəaliyyətin davamı olaraq belə keçidlər olur: “Bu keçidlər sizi avtomatik olaraq “fishing” saytına ata bilər. “Fishing” zahiri olaraq başqa müəssisəsinin saytına oxşadılıb, fərqli resursda yer alan saxta saytdır.
Sizin kompüterin (telefonun) bütün parametrləri - modeli, “browser”i, ekran ölçüsü, əməliyyat sistemi, sistemin dili, provayderi və s. onsuz da HTTP protokolu ilə gəlir. Onları götürüb, sizə uyğun (sizin dilinizdə, qoşulduğunuz ölkəyə və provayderə uyğun) səhifə dinamik olaraq hazırlanıb göstərilir”.
V.Qasımov bildirib ki, şəxsi məlumatları təqdim edənə qədər istifadəçiyə hər hansı ziyan dəymir:
Həmçinin oxuyun
“Əslində bütün addımlardan keçmək təhlükəsizdir, ta ki, sizdən şəxsi məlumatlar istənilsin. Ad-soyad, telefon nömrəsi, email, bank məlumatları, VÖEN və s. daxil etmək artıq təhlükəlidir. Həmin məlumatları əldə edərək emailinizi də sındıra bilərlər, sosial şəbəkə hesablarınızı da ələ keçirdə bilərlər, “iCloud” və ya “Drive”ınıza qoşulub bütün şəkillərinizə də baxa bilərlər, telefonunuza qoşulub nömrələr siyahınızı və “SMS”lərinizi də oxuya bilərlər. Nəhayət bank kartınızdan pul da oğurlaya bilərlər”.
Ekspert belə bir halla rastlaşdıqdan sonra atılacaq addımları da izah edib: “Belə bir səhvə düşmüsünüzsə, dərhal daxil etdiyiniz emailin parolunu təcili dəyişməli, bank kartınızı ləğv etməli və yenisini açmalısınız”.
Qeyd edək ki, ötən ilin sentyabr ayında “Azərpoçt” əhaliyə müraciət edərək belə mesajlara aldanmamaları barədə xəbərdarlıq etmişdi.


15:58 / 13 Dekabr 2025
18
15:47 / 13 Dekabr 2025
16
15:39 / 13 Dekabr 2025
31
15:08 / 13 Dekabr 2025
1043
14:50 / 13 Dekabr 2025
45
14:38 / 13 Dekabr 2025
68
14:28 / 13 Dekabr 2025
63
14:22 / 13 Dekabr 2025
58
14:12 / 13 Dekabr 2025
195
13:14 / 13 Dekabr 2025
699
13:07 / 13 Dekabr 2025
385
12:58 / 13 Dekabr 2025
242
12:16 / 13 Dekabr 2025
1033
12:08 / 13 Dekabr 2025
116
11:44 / 13 Dekabr 2025
78
11:30 / 13 Dekabr 2025
97
11:09 / 13 Dekabr 2025
936
11:07 / 13 Dekabr 2025
413
10:25 / 13 Dekabr 2025
1133
09:15 / 13 Dekabr 2025
883
09:06 / 13 Dekabr 2025
812
08:45 / 13 Dekabr 2025
138
08:37 / 13 Dekabr 2025
162
00:28 / 13 Dekabr 2025
162
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.