“Araz” Supermarketləri qiymətləri endirdi
04 Dekabr 2025, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
842
25.02.2020, 11:42
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində ardıcıl islahatlar aparılır.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, göstərilənlərin davamı olaraq, dövlət başçısı tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanda prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi olaraq təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin daha da artırılması üçün tədbirlərin görülməsi tövsiyə edib.
Həmin tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 9 aprel 2019-cu il tarixli sərəncamla Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində müsabiqə keçirilmiş və şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsi üzrə müvafiq təyinatlar aparılıb.
Dövlət ittihamının daha effektiv həyata keçirilməsi, bu sahədə vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi məqsədi ilə 24 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikasının Baş Prokuroruluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun yenidən təşkil edilməsi haqqında” əmr imzalanmış və eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınaraq komissiya yaradılıb.
Həmçinin oxuyun
Həmin sərəncama uyğun olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni tərkibdə formalaşdırılması məqsədilə 3 böyük prokuror-metodist, 8 böyük prokuror və 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilir.
Prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 40-dan aşağı olan prokurorluq işçiləri müsabiqədə iştirak etmək üçün 3 mart 2020-ci il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün 492-62-23, 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.
15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.