Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1319
28.02.2025, 11:00
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevin doğum günüdür.
Oxu24.com xəbər verir ki, Hikmət Mirzəyevin xüsusilə də Vətən müharibəsində əməyi böyükdür. Şuşa əməliyyatında Hikmət Mirzəyevin komandanlığı ilə xüsusi təyinatlı qüvvələrimiz böyük qəhrəmanlıq göstərib, qürur yerimiz olan Şuşanı kiçik çaplı silahlarla, bəzi yerlərdə düşmənlə əlbəyaxa döyüşməklə geri alıblar.
H.Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var. O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir.
H.Mirzəyev Cəbrayıl rayonunun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir.
Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur.
H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.
Döyüşdə H.Mirzəyevlə üz-üz gəlmək intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir.
Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi isə xüsusilə qeyd edilməlidir.
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. O, Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub.
Həmçinin oxuyun
H.Mirzəyev Ümummilli Lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib.
O, 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.
2016-cı ilin aprelində və 2020-ci ildə Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir.
8 noyabrda Xankəndidə keçirilən parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.
Hikmət Mirzəyev "Vətənə xidmətə görə", "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", 3 dəfə "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunub.
Hikmət Mirzəyevin Şuşa əməliyyatı ilə bağlı fikirlərinə qulaq asdıqda çox mətləblərə aydınlıq gəlir.
Şuşa haqqında danışan Hikmət Mirzəyev həmin qürurlu günləri belə xatırlayır:
“Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanım içimdə öz cavabını tapmışdı. O vaxta kimi daim əziyyət çəkirdim. Orada bunu hiss etdim”.
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.