Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
635
05.04.2025, 17:33
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Oxu24.com Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışılıb, cari il ərzində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.
Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib.
Hərbi təhsil sistemində əlçatanlığın, əhatəliliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilən yeni forma və metodlar nəzərə alınmaqla bölmələrin peşəkar kadr heyəti ilə komplektləşdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.
Həmçinin oxuyun
Nazir müxtəlif ixtisaslı hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarında onların bilik və bacarıqlarının artırılması, həmçinin silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydalarının öyrədilməsi üzrə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.
Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verilib.
Hərbi qulluqçularla mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi və icra edilən fəaliyyətlərin nizamnamələrin tələblərinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanıb.
Qoşunların mövsümə uyğun bütün növ ehtiyatlarla təmin edilməsi, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılan mühəndis tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın etimadını hər zaman doğrultduğunu, bundan sonra da doğruldacağını əminliklə ifadə edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə göstəriş verib.
Bu barədə aprelin 5-də nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videobağlantı formatında keçirilən xidməti müşavirədə qeyd olunub. milli.az
15:58 / 13 Dekabr 2025
18
15:47 / 13 Dekabr 2025
16
15:39 / 13 Dekabr 2025
31
15:08 / 13 Dekabr 2025
1043
14:50 / 13 Dekabr 2025
45
14:38 / 13 Dekabr 2025
68
14:28 / 13 Dekabr 2025
63
14:22 / 13 Dekabr 2025
58
14:12 / 13 Dekabr 2025
195
13:14 / 13 Dekabr 2025
699
13:07 / 13 Dekabr 2025
385
12:58 / 13 Dekabr 2025
242
12:16 / 13 Dekabr 2025
1033
12:08 / 13 Dekabr 2025
116
11:44 / 13 Dekabr 2025
78
11:30 / 13 Dekabr 2025
97
11:09 / 13 Dekabr 2025
936
11:07 / 13 Dekabr 2025
413
10:25 / 13 Dekabr 2025
1133
09:15 / 13 Dekabr 2025
883
09:06 / 13 Dekabr 2025
812
08:45 / 13 Dekabr 2025
138
08:37 / 13 Dekabr 2025
162
00:28 / 13 Dekabr 2025
162
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.