Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
871
06.05.2025, 16:55
Son günlər sosial şəbəkələrdə müxtəlif yaş qrupuna aid vətəndaşlar “aprel çağırışı” ilə əlaqədar olaraq mayın əvvəlində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) dəvət olunduqları barədə SMS bildirişlər aldıqlarını yazırlar. Bu bildirişlərin xüsusilə 29-30 yaş civarındakı şəxslərə göndərilməsi bəzilərinin çaşqınlığına və narahatlığına səbəb olub.
Maraqlıdır, yaşı 30-u keçən şəxslərə bildiriş gələ bilər?
Məsələ ilə bağlı SHXÇDX-nin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov News24.az-a açıqlamasında bildirib ki, bildirişlərin göndərilməsi qanunvericilik çərçivəsində həyata keçirilir və burada həm çağırışa hazırlıq, həm də ehtiyatda olanların vəziyyətinin dəqiqləşdirilməsi məqsədi var:
“30 yaşdan yuxarı olan şəxslərə də bildiriş göndərilir. Bu SMS gəldikdə onlar sonuncu dəfə hərbi-həkim komissiyasına dəvət olunurlar. Onların sağlamlıq durumu müəyyən olunur və ehtiyata yazılırlar. Çünki Allah eləməsin, hər hansı bir gərginlik baş verərsə, bu şəxslərin hansı kateqoriyada olduğunu bilməliyik.”
Pərviz Sədrəddinov əlavə edib ki, hərbi xidmətə çağırış üçün yaş məhdudiyyətləri ali və orta təhsilli şəxslərə görə fərqlidir:
Həmçinin oxuyun
Ali təhsilli şəxslər üçün hərbi xidmətə çağırışın yuxarı yaş həddi 31 yaş, orta təhsilli şəxslər üçün isə bu hədd 31 yaş yarım təşkil edir. Bu baxımdan, çağırış ayına qədər 30 yaşı tamam olmayan, lakin yaxınlaşan şəxslər də hələlik hərbi xidmətə cəlb edilə bilər.
Rəsminin sözlərinə görə, bu proses həm də ölkənin müdafiə potensialının real vəziyyətini qiymətləndirmək üçündür:
“Yararsız da olsa, bu şəxslər barədə məlumatların dəqiqləşdirilməsi vacibdir. Biz bilməliyik ki, ehtiyac yaranacağı təqdirdə kimlər döyüş qabiliyyətinə malikdir, kimlər isə deyil. Göndərilən SMS-lər əsasən çağırışa cəlb ediləcək şəxslərin qeydiyyat vəziyyətinin dəqiqləşdirilməsi, sağlamlıq durumunun qiymətləndirilməsi və ehtiyata yazılması ilə bağlıdır".
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.