Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2943
10.02.2021, 21:39
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 milyon manat vəsait yönəldilib.
Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.
Bildirilib ki, həmin vəsaitin 72,9 milyon manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzillərin tikintisinə, 71 milyon manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə sərf edilib.
Həmçinin oxuyun
Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb və həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınmış və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 milyon manat vəsait yönəldilib. Bunun 565,6 milyon manatının dövlət büdcəsindən, 200 milyon manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir.
Qeyd olunan vəsaitin 360,2 milyon manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 milyon manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 milyon manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 milyon manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 milyon manat) yönəldilib, 407,4 milyon manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunub.
20:16 / 14 Dekabr 2025
226
19:55 / 14 Dekabr 2025
48
19:50 / 14 Dekabr 2025
34
19:36 / 14 Dekabr 2025
38
19:27 / 14 Dekabr 2025
118
19:22 / 14 Dekabr 2025
61
18:57 / 14 Dekabr 2025
2050
17:55 / 14 Dekabr 2025
756
16:45 / 14 Dekabr 2025
1189
15:41 / 14 Dekabr 2025
933
15:09 / 14 Dekabr 2025
89
14:56 / 14 Dekabr 2025
190
14:08 / 14 Dekabr 2025
2184
13:58 / 14 Dekabr 2025
110
13:27 / 14 Dekabr 2025
126
13:18 / 14 Dekabr 2025
103
13:09 / 14 Dekabr 2025
145
12:54 / 14 Dekabr 2025
551
12:18 / 14 Dekabr 2025
1116
12:06 / 14 Dekabr 2025
2357
11:38 / 14 Dekabr 2025
112
11:30 / 14 Dekabr 2025
782
11:22 / 14 Dekabr 2025
87
10:43 / 14 Dekabr 2025
1142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.