Qaynar xətt:

(+99450) 247 90 86

Daha 10 qazi Türkiyəyə müalicəyə göndərildi - VİDEO

2021/02/18/1613670445_1613669305_qazi1-1.jpg

HƏRBİ

1455

18.02.2021, 21:55

Dağlıq Qarabağda ağır yaralanan Azərbaycanlı 10 qazi "YAŞAT” Fondu tərəfindən bu gün Türkiyəyə göndərilib.

Oxu24.com xəbər verir ki, ölkədəki həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. "YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

"YAŞAT” Fondu daha əvvəl də üç qazini müalicə üçün Türkiyəyə göndərmişdi.