Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
745
07.10.2022, 13:34
- Asim gələn kimi, onu evləndirəcəm. Deyəcəm ki, öz seçdiyi qızla ailə həyatı qursun, mən qarışmayacam.
Bunu deyəndən sonra, Gültəkin ananın üzündə təbəssüm yaranır, gülümsəməyə başlayır. Halbuki bir neçə dəqiqə əvvəl söhbətimizdə göz yaşları dayanmırdı, amma az sonra gülür. Özünü toparlayır, heç nə olmamış kimi...
Bir neçə dəqiqənin ərzində anlayırsan ki, Asim, Gültəkin ananın həm sevinci, həm də kədəridir.
Mən burada, Ağcabədinin ən sonuncu kəndində - Yuxarı Qiyaməddinlidə Gültəkin ananın qarşısında susub farağatda dayanıram.
Azərbaycan boyda ürəyi olan qadının özünəinamı qarşısında baş əyirəm, artıq məni də inandırmağa başlayır və bunu da bacarır ki, Asim gələcək, mütləq gələcək.
OXU "qafqazinfo"ya istinadən xəbər verir ki, Mehdiyevlər ailəsinin inamı evin həmişə açıq qalan darvazasından başlayır. İki ildir örtülməyən darvazanın açıq qalmasının tarixi 2020-ci ilin noyabrın 7-nə, MAXE Asim Mehdiyevin Vətən Müharibəsində itkin düşdüyü günə təsadüf edir. Ailənin övladı 44 günlük döyüşlər nəticəsində itkin düşmüş 6 hərbçimizdən biridir.
Həm də evin tək oğlu, üç bacının bir qardaşı, ailənin 2001-ci il təvəllüdlü sonbeşiyi...
Gültəkin ana belə danışandan, oğlunun toyunu etməklə bağlı xəyallar qurandan sonra, ona ünvanlayacağım, amma ana üçün ağır və kədərli olacaq suallar boğazımda düyünlənir. Daha deyə bilmirəm ki, anam, canım anam, hər şeyə, hər xəbərə hazırsanmı?
Həmçinin oxuyun
Deyə bilmirəm, çünki Gültəkin ana bütün cümlələri gələcək zamanda qurur, həm də "gələcək!"lə başlayan sözlə... Və digər heç nəyi qəbul etmir, yaxınına buraxmır, düşüncəsinə də gətirmir.
Deyir, mən yuxuda da görmüşəm, anayam, ona süd vermişəm, hiss edirəm, düzdür, ayağında yarası var, amma gələcək.
Bu cümlələrdən sonra necə sual verim axı? Mən ki, daşdan, dəmirdən deyiləm.
Anası deyir, kişi üçün evlənmək yaşı 25 yaxşıdır. Düzdür, Asimin 21 yaşı var, amma gələn kimi evləndirəcəm.
Reportajımız yekunlaşır, Bakıya qayıtmağa hazırlaşırıq. Ailə ilə sağollaşrıq, Asimin atası Yaqub dayının əlini sıxıram. Bu məqamda Gültəkin ana özünəinamın möhürünü vurur:
- Asim gələndə, siz yenə çəkilişə gələrsiniz...
13:00 / 15 Dekabr 2025
1
12:42 / 15 Dekabr 2025
274
12:36 / 15 Dekabr 2025
17
11:45 / 15 Dekabr 2025
61
11:43 / 15 Dekabr 2025
41
11:11 / 15 Dekabr 2025
77
10:38 / 15 Dekabr 2025
205
10:34 / 15 Dekabr 2025
50
10:30 / 15 Dekabr 2025
56
10:15 / 15 Dekabr 2025
58
10:04 / 15 Dekabr 2025
78
09:43 / 15 Dekabr 2025
735
09:40 / 15 Dekabr 2025
55
09:38 / 15 Dekabr 2025
70
09:36 / 15 Dekabr 2025
68
09:11 / 15 Dekabr 2025
68
09:02 / 15 Dekabr 2025
632
08:48 / 15 Dekabr 2025
48
08:31 / 15 Dekabr 2025
509
23:58 / 14 Dekabr 2025
302
23:35 / 14 Dekabr 2025
137
22:57 / 14 Dekabr 2025
142
22:24 / 14 Dekabr 2025
446
21:54 / 14 Dekabr 2025
171
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.