Qaynar xətt:

(+99450) 247 90 86

Başa çatmış və başa çatmayan cinayətlər nədir?

HÜQUQ

396

07.04.2024, 13:58

Oxu24.com  oxuculara  hüquqi yardım layihəsini  davam  etdirir.

 

 

Bu dəfə təqdim  etdiyimiz  mövzu   Başa çatmış və başa çatmayan cinayətlə  bağlıdır.

 

 

Cinayət  Məcəlləsinin  maddə 27-də  başa çatmış və başa çatmayan cinayətlərdən  bəhs  edilir.

 

 

27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.

 

27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.

 

27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.

 

Miri  Məcidli