DİN vətəndaşlara müraciət edib
14 Mart 2025, 19:34
Qaynar xətt:
(+99450) 247 90 86HÜQUQ
986
11.04.2024, 16:57
5 nəfər ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Əhməd Əhmədovla bağlı cəmiyyətdə müzakirələr davam edir.
Oxu24.com xəbər verir vəkil Sadiq Əfəndiyev bildirib ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin müddəti şəxsin psixi vəziyyətindən asılı olduğundan bu müddətin qabaqcadan müəyyən edilməsi mümkün deyildir.
Ola bilər ki, müalicə dövründə şəxsin psixi vəziyyətində hər hansı müsbətə doğru dəyişiklik olmasın yaxud onun vəziyyəti yaxşılaşsın və yaxud da əksinə pisləşsin
. Hər bir halda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas verən şərtlər qaldığı müddətdə şəxs psixiatriya stasionarında saxlanılmalıdır.
Qanunvericlik şəxsin məhz psixi vəziyyətindən asılı olaraq təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsinin əsaslarını müəyyən etmişdir.
Cinayət Məcəlləsinin 98-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir.
Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir.
Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir.
Həmçinin oxuyun
Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.
Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
Göründüyü kimi, tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdən sonra şəxsin məhkəmə nəzarətindən kənar müalicəsinin həyata keçirilməsi, eləcə də onun sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsi məsələsinin həll edilməsi üçün müvafiq materillar məhkəmə tərəfindən səhiyyə orqanına göndərilir.
Psixatriya yardımı haqqında qanuna görə psixonevroloji müəssisəyə yerləşdirilmiş şəxs ildə bir dəfədən az olmayaraq tibbi baxışdan keçirilməlidir.
Sağlamlıq vəziyyətinə görə müstəqil yaşamağa qadir olması barədə həkim-psixiatr komissiyasının rəyi əsasında, eləcə də şəxsin öz ərizəsi üzrə həkim-psixiatr komissiyasının rəyi əsasında və qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsə qulluq etməyi öhdəsinə götürən ailə üzvlərinin və ya qohumlarının ərizəsi əsasında şəxs psixonevroloji müəssisədən çıxarıla bilər.
Sonuncu əsasla ailə üzvləri və qardaş-bacı kimi yaxınları olmayan şəxsin psixonevroloji müəssisədən çıxarılması üçün yerli icra hakimiyyəti orqanı yaxud psixonevroloji müəssisənin ərizəsi ilə şəxsin mülki məhkəmə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində yerli icra hakimiyyəti orqanının sərəncamı ilə qəyyumun təyin edilməsi zəruridir.
Miri Məcidli
23:09 / 15 Mart 2025
16-cı günün duası - İmsak və iftar vaxtı
50
23:05 / 15 Mart 2025
Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Yaxın aylarda…
376
22:23 / 15 Mart 2025
Sualın yerində hansı rəqəm olmalıdır? — İQ TESTİ
430
21:58 / 15 Mart 2025
Morqa aparılan şəxsin ölmədiyi məlum olub
63
21:22 / 15 Mart 2025
Fuad Ələsgərovdan AÇIQLAMA
686
21:03 / 15 Mart 2025
Bu şəxslərin müavinəti dayandırılacaq
151
20:50 / 15 Mart 2025
Piylərin çıxartdıran qadın öldü
85
20:27 / 15 Mart 2025
Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
529
19:26 / 15 Mart 2025
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
78
18:53 / 15 Mart 2025
SON DƏQİQƏ! Kütləvi həbslər başladı: Siyahıda kimlər var?
3378
17:08 / 15 Mart 2025
Plastik cərrahlara vacib xəbər
147
14:02 / 15 Mart 2025
Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
1023
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
849
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
1439
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
192
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
174
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
182
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
164
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
185
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
175
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
181
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
185
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
195
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
190
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.