Avtomobilimin şinlərinin ölçülərini dəyişə bilərəmmi? -SUALA CAVAB
13 Dekabr 2025, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
474
10.10.2024, 18:09
Xəbər verdiyimiz kimi, Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Ə. Əhmədov ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə ediləcək.
Ə. Əhmədov barəsində verilən qərarın isə sosial şəbəkələrdə müxtəlif istiqamətlərdə müzakirə olunmasına başlanılıb, bəziləri onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməməsini mənfi qarşılayıb.
Oxu24.com xəbər verir ki, Məsələ ilə bağlı APA-ya açıqlama verən hüquqşünas Şamil Paşayev qeyd edib ki, Ə.Əhmədovun avtomobil idarə etməsi, eyni zamanda, digər şəxsləri yox, məhz ailə üzvlərini qətlə yetirməsi onun anlaqsız olmadığı demək deyil: “Bəzi şəxslər “anlaqsız” ifadəsinin mahiyyətini tam başa düşmürlər, bu məsələdə peşəkarlara inanmaq əvəzinə, konspirologiyalar yaradırlar. Bu, doğru yanaşma deyil.
Xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs anlaqsızdır. Anlaqsız şəxsin maşın sürməsi, yaxud başqa şəxsləri yox, yalnız ailə üzvlərini qətl etməsi ilə bağlı insanlarda suallar yaranır. Psixiatrlar da təsdiqləyə bilərlər ki, bu, mümkündür”.
Ş. Paşayev bildirib ki, Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarı ədalətlidir:
“Peşəkar hüquqşünaslar Əhməd Əhmədovun hadisəni törədərkən anlaqsız olduğunu əvvəlcədən təxmin etmişdilər. Bildiyiniz kimi, ekspertlərin rəyi də belə oldu. Hadisə törədiləndən sonra təqsirli bilinən şəxsin düz baxışları, sözləri doğru ifadə etməsi onun anlaqsız olmadığına əsas vermir.
Həmçinin oxuyun
Bütün dünya ölkələrində isə anlaqsız şəkildə cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Belə olduqda şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər seçilir. Əhməd barəsində də proses bu cür cərəyan edir. O, stasionar qaydada ixtisaslaşdırılmış tibb müəssisəsinə - psixiatriya xəstəxanaya yerləşdiriləcək və orada müalicə olunacaq. Buna görə də Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarı ədalətlidir”.
Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilmiş iclasında Əhməd Əhmədov barəsində ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə tətbiq olunması barədə qərar qəbul edilib.

01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.