Amnistiya nədir?
17 Dekabr 2025, 08:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
490
06.11.2024, 10:25
Noyabr ayının 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə Ümumrespublika Müşavirəsi keçirilib.
Müşavirədə ARVK Vəkillər Kollegiyası Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyalarının üzvləri, 120-dən çox Vəkil bürolarının rəhbərləri və fərdi vəkillər iştirak edib.
Tədbirdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili, bu sahədə mövcud olan problemlər müzakirə olunub.
Müşavirəni giriş sözü ilə açan ARVK sədri Anar Bağırov iştirakçıları salamlayıb, onları qarşıdan gələn Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətləri ilə təbrik edib.
Sədr nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycan vəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi olaraq 03 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına həvalə edilib. Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədar olaraq ARVK Rəyasət Heyəti tərəfindən qısa müddətdə müvafiq işlər görülüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub.
Sonra Anar Bağırov indiyədək dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin diqqətinə çatdırıb.
Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, bəzi vəkillər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən hüquqi yardım zamanı nöqsanlara yol verildiyini vurğulayıb.
Həmçinin oxuyun
Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.




10:42 / 17 Dekabr 2025
3
10:36 / 17 Dekabr 2025
73
10:21 / 17 Dekabr 2025
23
10:15 / 17 Dekabr 2025
21
10:14 / 17 Dekabr 2025
21
09:01 / 17 Dekabr 2025
250
08:45 / 17 Dekabr 2025
36
07:45 / 17 Dekabr 2025
53
07:38 / 17 Dekabr 2025
59
01:40 / 17 Dekabr 2025
97
01:15 / 17 Dekabr 2025
90
00:55 / 17 Dekabr 2025
101
00:36 / 17 Dekabr 2025
103
00:32 / 17 Dekabr 2025
113
00:24 / 17 Dekabr 2025
187
23:40 / 16 Dekabr 2025
1567
23:04 / 16 Dekabr 2025
1560
22:25 / 16 Dekabr 2025
117
22:19 / 16 Dekabr 2025
1355
22:05 / 16 Dekabr 2025
131
20:53 / 16 Dekabr 2025
2104
20:13 / 16 Dekabr 2025
897
20:07 / 16 Dekabr 2025
367
20:05 / 16 Dekabr 2025
387
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.