Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib
12 Dekabr 2025, 17:29
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1056
17.12.2024, 14:32
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) həm kişi, həm də qadın vəkil və hüquqşünaslardan ibarət futbol komandaları (müvafiq olaraq “Advokat” və “Legal Eagles”) Dubayda təşkil edilmiş vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab olunan “Mundiavocat 2024” turnirində uğurlu nəticələr qazanıb.
ARVK Rəyasət Heyətinin üzvü, futbol idarəçiliyi sahəsində təcrübəli Elçin Usubun və “Şamaxı” FK-nin əməkdaşı, mini-futbol, futzal sahəsində tanınmış gənc baş məşqçi Fuad Rzayevin rəhbərlikləri ilə komandalarımız ilk oyunlarını dekabrın 8-də keçiriblər.
Belə ki, qadın komandamız “Legal Eagles” mötəbər beynəlxalq turnirdə əvvəlcə Meksikanın “Tijuana” komandası ilə üz-üzə gəlib. Qarşılaşmada qadın komandamız rəqibinin qapısının 5 cavabsız top keçirib - 5:0. Bu, Azərbaycanın ilk və yeganə həvəskar qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” komandasının qatıldığı beynəlxalq turnirlərdə ilk qələbəsi kimi tarixə düşüb.
Növbəti gün qadın komandamızın üzvləri Qazaxıstanın “Bereke” komandası ilə görüşüb. “Legal Eagles” rəqibini 8:1 hesabı ilə məğlub edib.
Dekabrın 10-da isə “Legal Eagles” Braziliyanın “Amazon Legis” komandası ilə görüşdə rəqibinə 0:2 hesabı ilə uduzub. Buna baxmayaraq qrup mərhələsində 3 oyundan 2 qələbə qazanaraq aktivinə 6 xal yazdıran qadın komandamız yarımfinala adlayıb. Burada isə “Legal Eagles”in rəqibi Meksikanın “Tijuana” komandası idi. Lakin meksikalı qadın vəkil və hüquqşünaslar meydana çıxmaqdan imtina edib. Eyni zamanda Qazaxıstan “Bereke”si də yarımfinalda “Amazon Legis” komandası ilə görüşmək istəməyib. Belə olan halda “Legal Eagles”lə Braziliyanın “Amazon Legis” komandasının finalda üz-üzə gəlməsi qərara alınıb. Dekabrın 12-də gərgin idman mübarizə şəraitində keçən həlledici görüşdə komandamız rəqibinə 1:0 hesabı ilə məğlub olaraq, qızıl medal qazanıb.
Beləliklə, “Legal Eagles” komandası qatıldığı beynəlxalq turnirlərdə ilk böyük uğurunu da qazanmış oldu. Eyni zamanda turnirin ən yaxşı qapıçısı da komandamızın üzvü, vəkil Nərmin Nəbiyeva seçilib.
B qrupunda yer alan ARVK-nın kişi vəkil və hüquqşünaslardan ibarət “Advokat” futbol komandası isə ilk görüşünü dekabrın 8-də Özbəkistan komandasına qarşı keçirib. Qarşılaşma komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun ikinci oyununda da “Advokat” rəqibini məğlub etməkdə elə də çətinliklə üzləşməyib. Mərakeşin “Casablanca” komandası ilə mübarizə aparan komandamız rəqibinin qapısından bu dəfə də 8 cavabsız top keçirib - 8:0. Sonra “Advokat” Portuqaliyanın “Porto” komandası ilə üz-üzə gəlib. Çətin və maraqlı keçən qarşılaşmada komandamız rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
Beləliklə, “Advokat” 21 komanda arasında II ən yaxşı komanda kimi qrup mərhələsini başa vurub. B qrupunda yer alan komandamız 3 oyundan 3 qələbə qazanaraq 9 xal toplayıb və rəqib qapılarından 19 top keçirib. “Advokat” 1/8 final mərhələsində Qazaxıstan komandası ilə qarşılaşıb və rəqibini 16:1 hesabı ilə məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.
1/4 final mərhələsində isə komandamız Portuqaliya “Braqa”sı ilə qarşılaşıb. Dekabrın 12-də keçirilən matçda “Advokat” hesabı açıb. Lakin görüşün sonlarına yaxın “Braqa” hesabı bərabərləşdirib - 1:1. Oyunun taleyi isə penaltilər seriyasında məlum olub. Burada isə “idman xoşbəxtliyi” rəqibin tərəfində olub. Amma buna baxmayaraq “Advokat” turnirin 5-8-ci yerləri uğrunda mübarizəsini davam etdirib. Komandamız əvvəlcə Slovakiyanı 7:4, sonra isə İtaliyanı 8:5 hesabı ilə məğlub edib.
Həmçinin oxuyun
Beləliklə, 21 komandanın iştirak etdiyi turnirdə 7 oyun keçirən “Advokat” 6 qələbə qazanıb, 1 heç-heçə edib, rəqib qapılarından 51 top keçirərək 13 qol buraxıb və V yerin sahibi olub.
Qeyd edək ki, “Mundiavocat 2024” turnirində komandalarımıza “PAŞA Sığorta” ASC, "Araz Supermarket" MMC, “Peşəkar Futbol Liqası" İB və “RDC” MMC sponsor dəstəyi, “Şamaxı Futbol Klubu” İB isə təşkilati dəstək göstərib.






15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.